Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib - Kamal Məmişovla KİMSƏ BACARMIR?

dogruxeber.tv: - "Əslən Laçın rayonundan olan iş adamı Kamal Məmişov dövlət torpaqlarının zəbtini davam etdirir. Uzun illərdir ki, dövlət torpaqlarına qənim kəsilən Kamal Məmişov bugünə qədər hektarlarla dövlət torpağını dədə-baba malı kimi sataraq bundan yüz min manatlarla qanunsuz vəsait əldə edib. Kamal Məmişova bu işdə dəstək verən əsas simalardan biri isə Abşeron rayonu Masazır icra nümayəndəsi Şahlar Əsgərovdur".

Bu barədə "Dia.az"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Şahlar Əsgərovun himayəsinə sığınan Kamal Məmişov zəbt etdiyi torpaqların bir hissəsində nəhəng fermer təsərrüfatı qurub, böyük otlaq sahələri ələ keçirib. Şahlar Əsgərovun dəstəyindən və üstün maddi durumundan istifadə edərək digər fermer təsərrüfatlarını sıxışdıran Kamal Məmişovla nə icra hakimiyyəti, nə güc orqanları, nə də məhkəmələr bacarmır. Kamal Məmişov bugünə qədər bir neçə dəfə məhkəməyə verilsə də, zəbt etdiyi torpaq sahələrinin bir qarışını belə dövlətə qaytarmayıb.

İş adamı zəbt və istismar etdiyi torpaqların qarşılığında dövlətə heç bir vergi ödəmir. İllərdir yığılıb qalan çoxsaylı vergi borcuna görə də iş adamı dəfələrlə məhkəməyə verilib. Amma məhkəmələr də Kamal Məmişovdan dövlət rüsumunu ala bilmir. Şahlar Əsgərovun Kamal Məmişovu himayə etməsinin isə bir sıra səbəbləri mövcuddur. Bütün zəbt prosesində Kamal Məmişovu məcburi köçkün kimi qabağa verən Şahlar Əsgərov himayəsinin qarşılığlnda torpaqların, yaxud satılan torpaqlardan əldə edilən pulun bir hissəsini özünə götürür. Bir sözlə, Kamal Məmişov və Şahlar Əsgərov "alan razı, verən razı” prinsipi ilə çalışmaqdadır. İtirən isə dövlət, onun büdcəsidir..."

Qarşı tərəf mövqe bildirə bilər.//Qlobal.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər