Şəhid anası icra hakimiyyətindən narazıdır - VİDEO

İcra başçısı kürsüsünə oturar-oturmaz yarım milyonluq avtomobili ilə gündəmdə partlayış edən Elnur Rzayev bu dəfə gündəmə şəhid anasının narazılığı ilə gəldi.

"dogruxeber.tv" Xəbər verir ki, Xaçmaz rayon Aslanoba kənd sakini Qocayeva Əfilə Əlibaba qızı agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında göz yaşı tökərək,1993-cü ildə şəhid olan oğlunun hələ də məzarının üstünün düzəldilmədiyi və 32 ildir mənzil vədi ilə gözlədiyini deyir.



Təqdim etdiyimiz görüntülərdə ananın yaşadığı şərait və vətən üçün canını sipər edən qəhrəmanın vətənə qalan məzarını gördünüz.

Qeyd edək ki, ananın indi cəmi bir övladı var, dediyinə görə o, da xəstədir.

Ana, bildirir ki, bu illər ərzində dəfələrlə icra hakimiyyətinə mənzil və oğlunun məzar daşı üçün müraciət edib, hətta Elnur Rzayevin şəxsən qəbulunda olub, amma hər dəfəsində də aldığı yalnız quru vəd olub.

Vəssalam.

Lakin, ananın sözlərinə görə, onun "Kanal14"ün efirindəki çıxışından sonra icra hakimiyyətinin nümayəndələri evinə gələrək, onu mənzil növbəsinə aldıqlarını deyiblər.

Ana, bu sözü 32 ildir eşitdiyini, bəs niyə buvaxta qədər növbəyə alınmadığını, 32 ildən sonra hələ indi mənzil növbəsinə alındığını deyərək irad bildirdiyində isə, "sənin müraciət etdiyin işçilər hamısı işdən çıxıb" cavabını alıb.

Əgər buna cavab demək olarsa...

Yaşlı ananı, özünün dili ilə desək savadsız bilib, onu bu gülünc, yersiz cümlələrlə aldatmaq, yalnız səlahiyyətli şəxslərin ağlına gələ bilərdi ki, məhz Xaçmaz rayon icra hakimiyyətinin göndərdiyi - ananın adlarını belə bilmədiyi o, şəxslər də bu variantdan istifadə edib.



Maraqlıdır, icra hakimiyyətinin o, işdən çıxan işçiləri, hansı ki, ananı mənzil növbəsi üçün qeydiyyata alan o, şəxslər məgər bu qeydiyyatı öz gündəliklərinə, yaxud "xatirə dəftərlər"inə yazmışdılar ki, onlar gedincə özləri ilə aparmış olsunlar?

Hörmətli 6 ildir Xaçmaz rayonuna rəhbərlik edən Elnur Rzayev, Əfilə ana şəxsən sizin qəbulunuzda olduğunu və hər şeyin yoluna qoyulacağı barədə vəd verdiyinizi deyir.

6 il hətta, məzarın üstündə böyük türbə tikəcək qədər uzun zamandır, amma, siz bu illər ərzində bir məzar daşını belə vətən oğluna çox gördünüz.

Halbuki, gənc və təcrübəli olduğunu düşünən Xaçmaz sakinlərinin Elnur Rzayevə ümidləri böyük idi. Amma, biz Niyazi Bayramov fəaliyyətinə bələd olan media nümayəndəsi olaraq, Elnur Rzayevin "ustadının izi ilə addımladığını" görə bilirik.

Qeyd edək ki, Elnur Rzayev rəhbər vəzifədə çalışdığı uzun illər ərzində özünə kifayət qədər narazı vətəndaş auditoriyası toplayan və sərvətləri, biznesləri, böyük fermaları, müxtəlif növ şəxsi təsərrüfatları ilə gündəmdə olan İnam Kərimovun qohumudur, qardaşı Bayandur Rzayev isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisidir.

Daha bir qohumu isə bir neçə ay əvvəl rüşvətxorluqda ittiham edilərək, barəsində cinayət işi başladılan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Famil Nəsibovdur.

Bir sözlə el demişkən, köklü nəslin nümayəndəsi olan bu cavan oğlanın "Asan xidmət" rəhbəri, icra başçısının birinci müavini, icra başçısı kimi rəhbər vəzifələrdə "sürətli sıçrayışlar"ının səbəbinin heç də yüksək potensial olmadığı aydındır.

Görünən reallıq budur ki, heç kim yüksək vəzifəyə nə təsadüfi, nə də bacarıqlarına görə gəlmir. Amma, digər reallıq isə bu cür vəzifəli şəxslər öz yarıtmaz fəaliyyətləri, yalnız öz mənafelərinə xidmət etmələri ilə xalqı hər gün daha çox incitmələri, dövlətdən, hakimiyyətdən narazı salmaqlarıdır.

Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bütün bunlar üçün lazım olan qərarı imzalayacaq.

Mövzunu davam etdirəcəyik.

Qeyd: Əfilə anadan sonra Xaçmaz rayon sakinləri tərəfindən redaksiyamıza olunan müraciətlərin sayı artıb.
Digər şikayətlərin mövzularını silsiləli şəkildə təqdim edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 576

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər