“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - "Guya SOCAR-dakılar bilmir ki..."

dogruxeber.tv: - "“Bahar Enerji” Əməliyyat Şirkəti uzun illərdir ki, ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb". "DİA-AZ" xatırladır ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda işçilərin əməkhaqqılarının gecikdirildiyini də vurğulamışdı. Bu barədə NHMT-ə edilən müraciətdə də aydın şəkildə qeyd olunurdu ki, prezidenti Con Harkins, benefisiar sahibi "gizli" olan “Bahar Enerji” Əməliyyat Şirkətində dekabr ayından bəridir ki, əməkhaqqılar verilimir.

Bununla bağlı "DİA-AZ" yazan “Bahar Enerji” çalışanları da eyni məsələdən giley etməklə yanaşı, problemin hələ də qaldığını bildirirlər. İşçilər adından edilən müraciətdə deyilir:

"İşçilərin maaşlarını vermək fikrləri də yoxdur. Bu ayın 15-də 50 faiz veriblər... bugün 27-dir hələ də puldan xəbər yoxdur. Neçə-neçə işçinin artıq götürdüyü kreditə görə banka gecikməsi yaranıb.

Onu da bildirək ki, əslində maaşı hər ay gecikdirirlər, müəyyən bir hissəni verirlər. Maaş da çox azdır. Saata 3 manat... Gecə-gündüz işləməlisən ki, ayın sonu maaş alasan, onu da vermirlər...

Biz bununla bağlı təkcə “Bahar Enerji”nin yox, SOCAR-ın da rəhbərliyinə şikayət etmişik. Amma görünür ki, hər şey elə ordan korlana-korlana gəlir... Guya SOCAR-dakılar bilmir ki, burda nə oyunlardan çıxırlar... Çünki SOCAR-da oturanlar da qulaqardına vurur şikayətləri..."

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər