QİÇS-lə Mübarizə Mərkəzi yenə "Dadaş" dedi

Bu dəfə şirkətə 424 min manat tender verildi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Dadaş-N" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

"dogruxeber.tv"ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkət Mərkəzin qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 424 012,94 manatdır.

"Dadaş-N" şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 manatdır.

Şirkətin hüquqi ünvanı Ağdam rayonu Ağdam şəhəri, 20 yanvar küçəsi, Ağdam Sənaye Parkında yerləşir.

MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur.

"Dadaş-N" şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkətin əsas sifarişçilərindən biri də Respublika QİÇS Mərkəzidir.

Mərkəz ötən il şirkətlə iki satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilmasi ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi üçün birdəfəlik istifadə vasitələrinin satın alınması ilə bağlı olub.

Müqavilələrin toplam maliyyə dəyəri 407 052,8 manatdır.

"Dadaş-N" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət iri layihələr həyata keçirir. Məsələn, 2022-ci ildə yayılan məlumata görə, şirkət Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək.

İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu məlumatda "Dadaş-N" MMC Ağdam Sənaye Parkının rezident şirkəti kimi təqdim edilib.

Fabrikin inşa edilib-edilmədiyi bəlli deyil. Bəlli olan odur ki, "Dadaş-N" şirkətin rəhbəri Nəsimi Dadaşov bununla bağlı inzibati məsuliyyətə cəlb edilib.

Səbəb isə Nəsimi Dadaşovun Azərbaycanda iş icazəsi olmayan İran vətəndaşı Nikrouz Forouzandehi fabrikin memarı və layihə rəhbəri kimi çalışdırması olub.

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi Nəsimi Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə iş adamı 15 000 manat məbləğində cərimə edilib.

Nəsimi Dadaşov həm də "Barama-N", "Sasar İstehsal Malları" və "Nəsimi 1965" şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlərin adına vergi sistemində rast gəlinmir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər