“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Sosial layihələri ilə cəmiyyətdə xüsusi dəyər yaradan “Nar” jest dilinin inkişafına yönəlmiş təşəbbüslərinin davamı olaraq, bu ildən etibarən Azərbaycanda jest dili tətbiqinin ərsəyə gəlməsinə öz töhfəsini verir.

"dogruxeber.tv" xəbər verir ki, “Nar”ın dəstək göstərdiyi bu layihə çərçivəsində mobil tətbiqin yaradılmasına ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı, bp və onun tərəfdaşlarının dəstəyi ilə ötən ilin sentyabr ayında start verilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətin digər üzvləri ilə ünsiyyətini asanlaşdırır və onların tamamilə ödənişsiz və heç bir müəllimə ehtiyac olmadan jest dilini öyrənməsinə imkan yaradır. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilir.

Tezliklə istifadəyə verilməsi planlaşdırılan tətbiqdə istifadəçilər jest dilini öyrənmək üçün müxtəlif imkanlardan yararlana biləcəklər. Jest dili tətbiqi dərs bölməsi vasitəsilə mövzular üzrə dərslər seçməyi təmin edəcək. Eyni zamanda, lüğət funksiyası istifadəçilərə jest dilində sözləri asanlıqla tapmağa, əlifba ilə işləmə funksiyası isə hərfləri öyrənməyə imkan yaradacaq. Tətbiqdə istifadəçi profilinin yaradılması, sevimli sözlərin seçilməsi və tədris prosesində irəliləyişin izlənməsi kimi əlavə funksiyalar da mövcud olacaq. Bununla yanaşı, video sürətini artırma, kamera funksiyası vasitəsilə jestləri təkrarlama və dərslərin öyrənilməsi üzrə irəliləyişləri göstərən tərəqqi çubuğu kimi innovativ funksionallıqlar tətbiqin əsas üstünlükləri olacaq.

Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Məhz bu məqsədlə “Nar” jestdili.az saytını yaradıb, bununla yanaşı, paytaxtda və regionlarda davamlı təşkil olunan “Təlim məktəbi” layihəsini gerçəkləşdirib. Eyni zamanda, jest dilində sözlərin izahını əks etdirən “Səssiz dünyaya körpü” kitabını nəşr edib və “Canlı kitab” təşəbbüsünü həyata keçirib. Jest dili tətbiqinin hazırlanmasına dəstək verməklə isə “Nar” texnologiyanın gücündən istifadə edərək daha inklüziv və bərabər imkanlara malik cəmiyyətin formalaşmasına töhfə verməyə davam edir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxunub: 505

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər