“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

"dogruxeber.tv" xəbər verir ki, “Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən “Jest dili” layihəsi “NETTY 2022” milli internet mükafatına layiq görüldü. Jestdili.az Azərbaycan dilində ilk onlayn işarə dili lüğəti kimi “Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçildi.

Qeyd edək ki, onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi və “Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.

Final mərasimində mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” brendi) İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: “Müştəri yönümlü mobil operator olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır.
Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”

Jestdili.az veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər