Vidadi İsayevin işçisi Bərdədə "gücünü arvadlara göstərir" -VIDEO

dogruxeber.tv: - Bərdə şəhər Mənzil Kommunal Təsərrüfatının, el arasında "JEK" kimi qəbul edilən idarənin rəis müavini İldırım Quliyev adına yaraşmayan hərəkətləri ilə ad çıxarıb.

Anaxeber.info məlumat verir ki, rəis müavini İldırım Quliyev "ildırım" kimi çaxmağı əsasən qadınların üstünə bacarır. Necə deyərlər, sözün əsl mənasında gücünü arvadlara göstərir. "Axırıncı aşırım" filmində Qəmlo obrazını qismən xatırladan İldırım Quliyev işçiləri təhqir edir, nalayiq ifadələr işlədir, onlarla kobud danışır. Sanki Bərdədə odur, Bağdadda kor xəlifə...

Onun özünü necə aparmasını sübut edən görüntülərdən biri sosial şəbəkələrdə yayılıb. İldırım Quliyev söyüşlə, qışqıraraq danışır, özünü yekəxana aparır. Görən də deyər ki, Həsən ağanın qohumudur. Amma bu video bir nümunədir. Verilən məlumatlara görə, İldırım Quliyev "JEK" rəisinin müavini olaraq əksər işçilərə münasibətdə belə qaba, ağzı söyüşlüdür. Ona bu ixtiyarı Bərdə şəhər icra başçısı Vidadi İsayevin verdiyi iddia olunur. İcra başçısının "sağ əli" kimi tanınan İldırım Quliyev ona güvənərək hamıya rüzgar əsdirir, hamını aşağılayır, hədələyir. Sanki İldırım Quliyev böyük vəzifə sahibidir. Yaxşı ki, daha yüksək postda deyil. Hələ "JEK"də rəis müavinidir və belə göylə gedir, rayona rəhbərlik etsəydi, nə olardı?! Ona görə də artıq bu şəxsi durdurmaq üçün Bərdədən müraciətlər edilməkdədir. Ondan şikayətçi olan kollektiv və yerli camaat icra başçısının harınlamış adamının" qaz"ının alınmasını istəyirlər. Bu məqsədlə Prezident Administrasiyasının Bərdə üzrə kuratoruna, regionlarla iş üzrə şöbə müdirinə müraciət edilib. Bildirilir ki, bu şəxs barəsində ölçü götürülməli və İsayevin "sağ əli" kəsilməlidir...//Anaxeber.info

Oxunub: 555

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər