hadise
5.05.2018
Futbolçunu ildırım vurub öldürdü
![]()
Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted” futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurmasından ölüb.
L. Ntsxanqaseni ildırım martın 1-də meydançada oyun zamanı vurmuşdu. Komaya düşən futbolçu xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq 21 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
İldırımın vurduğu daha iki futbolçunun xəsarətləri yüngül olub. Onlar bir neçə gün xəstəxanada qaldıqdan sonra evlərinə buraxılıblar./Teleqraf.com


