Bərdədən tükürpədici səs yazısı: "Cənab Prezident, Vidadi İsayevin işçiləri bizi qırır" - VİDEOMÜRACİƏT

dogruxeber.tv: - Bərdə şəhəri məmur özbaşınalığı altında inildəməkdədir. Özünü şəhərin hökmdarı kimi aparan icra başçısı Vidadi İsayev və ətrafındakılar əhalinin gününü "göy əskiyə büküb".

Son zamanlar isə icra başçısının qohum-əqrəbası, Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları adamları haqda kütləvi şikayətlər gəlməkdədir. Xüsusən də "JEK"də rəis müavini olan İldırım Quliyev," Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov barəsində narazılıqlar var ki, bu da Bərdədə ciddi gərginliyə səbəb olur. Son olaraq Bərdə sakini Sevinc Hüseynovanın Anaxeber.info-a etdiyi müraciətdə və özünün səs yazısında tükürpədici faktlar açıqlanıb, bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Sevinc Hüseynova saytımıza deyib ki, 2021-ci ildən Dost İş mərkəzində çalışıb və bu idarə "JEK"ə tabedir. Onun sözlərinə görə, 2024-cü ildən işə getdiyi halda maaşı kəsilməyə başlayıb. Bununla əlaqədar şikayət etdikdə "JEK" müdirinin müavini İldırım Quliyevin təhdidləri, təhqirləri ilə üzləşib. Şikayətçi bildirib ki, hamının gözü qarşısında ona nalayiq sözlər deyilib, İldırım Quliyev isə baş verən davanın videosunu çəkib, sonra qadını tutdurub. Sevinc Hüseynova 9 sutka inzibati həbs cəzası alıb. Onun sözlərinə görə, Bərdədə belə haqsızlıqlar baş verir və bütün bunlara icra başçısı Vidadi İsayevin adamları tərəfindən yol verilir. O, çıxışında əlavə edib ki, səsini çıxaranı əzirlər, sındırırlar, müxtəlif təhdid və təhqirlərə məruz qoyurlar. S. Hüseynova işçilərin gah icra başçısının bağında, gah həyətində qul kimi işlədildiyini açıqlayıb. O, işdən çıxarıldığını bildirib. Deyib ki, kim onların xoşuna gəlməyən söz deyəndə təzyiqə məruz qalır, amma məmurların, başçının həyətində işləməyə razı olanlara, yaltaqlıq edənlərə toxunmurlar. S. Hüseynova qeyd edib ki, 4 aydır maaş almadıqları üçün bir dəfə şikayətə gediblər. Bundan sonra Vidadi İsayev onların üstünə PPX maşınları göndərib və onları idarəyə aparıblar: "O vaxt rəis İlqar Məmmədov idi. Dedi, nə məsələdir? Qayıtdım ki, 4 aydır acıq, ölürük, soruşan yoxdur. Maaşımız verilmir. Rəis özü məəttəl qalmışdı, dedi, çıxın gedin. Yəni Vidadi İsayev və adamları bu işlərə əl atırlar. 2019-cu ildə də bizi polisə apartmışdı. Biz artıq burda yaşaya, dözə bilmirik. Bizə bir sığınacaq verilsin, çıxaq gedək".

Anaxeber.info həmin səs yazısını sizə təqdim edir:

Oxunub: 630

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər