"Titanik"in rejissoru Trampın ABŞ-ından gedir: Yeni Zelandiyada yaşayacaq

Məşhur Hollivud rejissoru Ceyms Kemeron Yeni Zelandiya vətəndaşlığı almağı və bu ölkədə daimi yaşamağı planlaşdırır. O, bu qərarı ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra verib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə rejissor Stuff nəşrinə müsahibəsində danışıb.

Jurnalist ona Trampın ikinci prezidentlik dövrü haqqında nə düşündüyünü soruşduqda, Kemeron cavab verib: "Dəhşətlidir".

"Mən hər şeyin pisə doğru dəyişdiyini görürəm. Amerika artıq heç bir dəyəri müdafiə etmir, əgər o, tarixi dəyərlərini qoruyub saxlamırsa…" – deyə o bildirib.

Qeyd edək ki, "Titanik" filminin rejissoru son 14 il ərzində qismən Yeni Zelandiyada yaşayıb. O, 2012-ci ildə orada bir süd ferması alıb, daha sonra isə kino istehsalı ilə məşğul olmağa başlayıb. 2023-cü ilin payızında Variety-yə verdiyi müsahibədə bildirib ki, bütün "Avatar" filmlərini Yeni Zelandiyada çəkəcək.

Hazırda isə Kemeron Yeni Zelandiya vətəndaşlığı almağı "qaçılmaz" adlandırıb.

Onun sözlərinə görə, Yeni Zelandiyada yaşamağın ən yaxşı cəhətlərindən biri Donald Tramp haqqında xəbərlərdən uzaq qalmaqdır.

"Mən sadəcə olaraq bu adamın üzünü qəzetin birinci səhifəsində görmək istəmirəm. Bu, dəfələrlə avtomobil qəzasına tamaşa etməyə bənzəyir", – deyə rejissor vurğulayıb.

Ceyms Kemeron "Oskar" mükafatı laureatı olan rejissordur və "Titanik", "Avatar", "Terminator" kimi filmləri ilə tanınır. O, Kanadada doğulub, lakin ömrünün böyük hissəsini ABŞ-da keçirib və karyerasını orada qurub. Dünyanın ən uğurlu rejissorlarından biri sayılır: onun yeddi filmi birlikdə 5,6 milyard dollardan çox gəlir əldə edib.

Oxunub: 574

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər