hadise
15.03.2019, 09:26
Yeni Zelandiyada iki məscidə hücum - 27 nəfər öldü

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.
Bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb.
Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.
"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.


