3 gün telefondan istifadə etməsək nə olar?

Heidelberg Universiteti və digər institutlardan olan alman alimləri müəyyən ediblər ki, hətta smartfondan istifadədə qısamüddətli məhdudiyyət belə dopamin və serotoninlə əlaqəli beyin fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişir. Bu nörotransmitterlər əhval-ruhiyyəni və asılılığı tənzimləyir.

"dogruxeber.tv" xəbər verir ki, araşdırma “Computers in Human Behavior” (CHB) elmi jurnalında dərc olunub.

Komanda gündəlik həyatlarında smartfonlardan aktiv istifadə edən 18-30 yaş arası 25 gənci işə cəlb edib. İştirakçılar qadcetdən istifadə vərdişlərini və emosional vəziyyətlərini qiymətləndirmək üçün psixoloji testlər və anketləri tamamlayıblat. Daha sonra onlardan smartfon istifadəsini 72 saat məhdudlaşdırmaq, cihazlardan yalnız iş, gündəlik işlər və yaxınları ilə ünsiyyət üçün istifadə etmək istənilib.

Təcrübədən əvvəl və sonra könüllülər funksional maqnit rezonans tomoqrafiyasından (fMRT) istifadə edərək beyin skanından keçiblər. Skan zamanı onlara neytral səhnələrin (məsələn, landşaftların) təsvirləri, həmçinin açılıb-söndürülmüş smartfonlar göstərilib.

Məlum olub ki, smartfondan istifadənin məhdudlaşdırılması mükafat və ehtirasla əlaqəli beyin bölgələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişib. Bu dəyişikliklər insanların narkotik və ya alkoqol kimi asılılıq yaradan maddələrdən uzaqlaşdığı zaman müşahidə olunan dəyişikliklərə bənzəyir.

Smartfonlardan çox istifadə edən iştirakçılar və orta dərəcədə istifadə edənlər də oxşar reaksiyalar göstəriblər. Bu onu göstərir ki, hətta müntəzəm smartfon istifadəsi beyində dəyişikliklərə səbəb ola bilər.

Tədqiqatçılar qeyd ediblər ki, smartfondan istifadənin məhdudlaşdırılması əhval və davranışdakı dəyişiklikləri izah edə bilən dopamin və serotonin səviyyələrinə təsir edib.

Alimlər smartfondan istifadəyə vaxt məhdudiyyəti qoymağı, qadcetlərdən yalnız zəruri tapşırıqlar üçün istifadə etməyi, müntəzəm fasilələr verməyi və oflayn fəaliyyətlərə vaxt ayırmağı tövsiyə edirlər.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər