“Azəravtoyol”un idarəsində kütləvi ixtisarın anonsu... - Əvəz Qocayevin adamları işçilərə nə deyib?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də kütləvi ixtisarlar gedəcək.

"dogruxeber.tv" qeyd edir ki, bu barədə AFN.az-a MMC-də çalışan insanlar məlumat verib. Bildirilir ki, onlara işçilərin 30 faizinin ixtisar olunacağı deyilib: “Bizə deyirlər, gəlin, ərizə yazın. Biz isə ərizə yazmaq istəmirik, deyirik ki, ixtisara düşməyimiz haqqında rəsmi bildiriş göndərin. Göndərmirlər. Dünən də iclas keçirib bizə dedilər ki, tez olun, ərizələrinizi yazın, sizi gözləyirik. MMC-nin rəisi Etibar Kərimov və müavini bizə deyirlər ki, “Azəravtoyol”un büdcəsində pul yoxdur sizə kompensasiya verməyə, ona görə də bildiriş göndərilmir, öz ərizənizlə çıxmalısız”.

Şikayətçilər bildiriblər ki, idarədə “aranı qatanlardan” biri də Yeganə adlı baş mühasibdir: “Rəhbərliyin sözünü o çatdırır bizə. O da deyir ki, büdcədə pul olmadığı üçün bildiriş göndərib ixtisara sala bilmirik. Deyirik, heç olmasa, sənədlərimizi elə verin ki, işsizlik müavinəti ala bilək, ondan da imtina edirlər”.

Qeyd edək ki, həmin idarənin kurasiyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdədir. 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi isə Etibar Kərimovdur. Şikayətçilər Etibar Kərimovu Əvəz Qocayevin adamı kimi xarakterizə edirlər. Bildirirlər ki, o, sədr müavininin nəvələrinin kirvəsidir.

Məsələ ilə bağlı 1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Etibar Kərimov AFN.az-a açıqlamasında bildirdi ki, işçilərə ixtisarla bağlı heş bir söz deyilməyib: "Rəis mənəm, iclası da mən çağırmalıyam. Amma mən elə bir iclas keçirməmişəm. Bizim əksinə, işçiyə ehtiyacımız var, ixtisar söhbəti yoxdur".

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər