Rəna Soltanova iş başında belə yaxalandı- Lisenziyasız fəaliyyətinə görə cərimələndi

dogruxeber.tv: - Bu gün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilib.

Qurumdan verilən məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulmuşdu.

Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilib və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Qeyd edək ki, İXM-nin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqdan bəhs edir. Bu maddənin tələblərini pozan fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.//XALQ.AZ

Son xəbərlər

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Bütün xəbərlər