UZUNÖMÜRLÜ MƏMUR VƏ “NAKAM” VƏTƏNDAŞ... - Niyə sadə vətəndaş pensiya yaşına çata bilmir, iri məmur isə yaşadıqca yaşayır?

dogruxeber.tv: - Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın yaşamaq hüququ təsbit olunub – cinsindən, peşəsindən, vəzifəsindən və s. asılı olmayaraq. Ancaq nə işdirsə, son bir neçə onillikdə Azərbaycanda bəzən nəinki insanların yazdığı qanunlar, hətta təbiət qanunları da düz-əməlli işləmir...

Məsələn, “ölüm haqdır”, “heç kim qismətdən artıq yaşaya bilməz” və s. kimi əsrlər boyu adət etdiyimiz anlayışlar sanki iri ranqlı sabiq və indiki bir çox iri məmurlar, nazirlər, komitə sərdrləri, deputatlar və s. üçün keçərli deyil. Bu adamlara nəinki adi qanunlar, təbiət qanunları da “batmır”!

Son statistika Azərbaycanda xüsusilə də kişilərin 50.4 faizinin, yəni, yarsından çoxunun(!) 65 yaşına çatmamış, pensiya belə almamış dünyasını dəyişdiyini deyir. Dəhşətli statistikadır! Amma bunu iri məmurlara qətiyyən şamil etmək olmaz. Görünür, bu kişilər o kişilərdən deyil... Maraqlıdır, nədən iri məmurlar əsasən yaşı 90-ı haqlamamış dünyasını dəyişmir, sadə vətəndaş isə “nakam” gedir? Əlbəttə, böyük ölçüdə ritorik sual və yanaşmadır. Lakin hər halda, bu sual ölkə vətəndaşını, xüsusilə də sağlamlıq, dolanışıq dərdi çəkən vətəndaşı ciddi maraqlandırır...

Ramiz Mehdiyev – 87 yaş, Artur Rəsizadə - 90 yaş, Ziyad Səmədzadə - 85 yaş, Hacıbala Abutalıbov – 81 yaş, Yaqub Eyyubov – 80 yaş, Əhməd Əhmədzadə - 80 yaş, Polad Bülbüloğlu - 80 yaş, Hüseynbala Mirələmov – 80 yaş, Eldar İbrahimov - 80 yaş, Əli Həsənov(“Qaçqınkom”) – 77 yaş, Ramil Usubov – 77 yaş, Məzahir Pənahov – 74 yaş və sair. Yaşadıqca yaşayan keçmiş və indiki məmurları, deputatları saydıqca saymaq olar. Əlbəttə, sıravi vətəndaşlar arasında da uzunömürlülər var. Lakin məmurların ümumi sayına nisbətdə uzunömürlülərin xüsusi çəkisi ilə adi vətəndaşların ümumi sayındakı uzunömürlülülərin nisbətini hesablayan olsa, birincilərin əzici üstünlüyə malik olduğu açıq görünər. Yəni, şərti olaraq sıravi vətəndaşın, xüsusilə də kişilərin 100-dən 20-si 70 yaşı ötə bilirsə, məmurlarda bu göstərici 100-dən 90-nın üzərində olar ki, az olmaz.

Son illər mərhum Gənclər və idman naziri Azad Rəhimov xaric hansısa iri ranqlı məmurun vaxtsız dünyasını dəyişdiyinə dair hər hansı faktı xatırlaya bilərsinizmi?...

Bəs, sadə vətəndaşla məmur arasındakı uzunömürlülük nisbətindəki bu fərqin, “uçurumun” səbəbi nədir? Məlum məsələdir ki, insan həyatının uzunluğunu bədbəxt hadisələr və irsi xəstəliklər xaricində müəyyən edən əsas şərt həyat keyfiyyətidir. Bu keyfiyyət isə insanın istifadə etdiyi ərzaqdan udduğu havaya, səhiyyə xidmətlərinə, yaşadığı stresslərə qədər bir çox faktorlardan asılıdır ki, bütün bu parametrelərdə də sadə vətəndaş iri məmura dəfələrlə uduzur.

Sadə insanımız mağazalarda üzərində “endirim” yazılan, tərkibi heç Allaha da məlum olmayan xəstəlik mənbəyi kolbasa-sosiska, “broyler toyuğu”, bitki yağı adı altında satılan amma özü sürtkü yağlarından az fərqlənən sarı maye, “inəkdən xəbəri olmayan” kərə yağı, geni dəyişdirilmiş tərəvəz, meyvə, apteklərdə isə bahalı dərmanın “əvəzedicisi”ni, yəni, daha ucuzunu və keyfiyyətsizini axtarır. Çünki imkanı yalnız bunlara çatır. Həmin vaxt iri məmura hər şeyin “orqaniki” gətirilir.

Bu adamlar adi iynəni belə Azərbaycanda vurdurmur, İsraildə, Almaniyada, ABŞ-də müalicə olunur. İstirahətini, məzuniyyətini dünyanın ən bahalı, ən gözəl, ekoloji cəhətdən ən təmiz məkanlarında keçirir. Sadə vətəndaş isə bahalığa görə öz rayonlarımıza belə gedə bilmir, sərhədlər bağlanandan sonra hətta nisbətən ucuz Gürcüstana belə həsrət qalıb...

Məmurun “təpəsinə tapanca dirəsən”, gəlib NZS-də yaşamaz. Onun mütləq Şüvəlanda, Zağulbada, Mərdəkanda, Nardaranda və s. elə həmin şərti NZS-də yaşayn vətəndaşdan, onun dövlətinin büdcəsindən oğurladığı pullar hesabına bağı, villası var. Məmurun, deputatın sabiqi də, hazırda vəzifədə olanı da orada yaşayır, işə də hər gün bahalı xidməti avtomobilində oradan gəlir...

Statistika onu da deyir ki, Azərbaycanda vaxtsız ölümlərin əsas səbəbləri sırsaında ürək-damar xəstəlikləri və xərçəng ilk yerləri tutur. Günü bu gün Milli Onkologiya Mərkəzinin qarşısında “mitinq meydanı”na, içində isə “insan tıxacı”na şahid ola bilərsiniz. Həkim qəbuluna düşməkdən “ximiya almağa” qədər hər yerdə ucsuz-bucaqsız növbələrdir. Dərmanlar da “od qiyməti”nə.

Artıq uzun illərdir xərçəng diaqnozu inkişaf etmiş ölkələrdə “ölüm hökmü” deyil! İnsanlar bu xəstəlikdən ya tam sağala, ya da 10 ildən artıq və daha çox yaşaya bilir. Azərbaycanda isə bizim səhiyyədən imdad diləyən imkansız xərçəng xəstəsinin ümidi yalnız Allaha qalır...

Bir sözlə, sadə vətəndaşla məmur arasındakı böyük uçurum onun ömrünün uzunluğunda da özünü tam və çox acınacaqlı şəkildə göstərir. Təbii ki, məmur, rəis, fəhlə, kəndli və s. olmasından asılı olmayaraq, kimsəyə vaxtsız ölüm arzulamırıq. İstədiyimiz sadəcə, bütün yazılan və yazılmayan qanunların normal, hamı üçün bərabər şəkildə işlədiyi, hamının sözün əsl mənasında yaşamaq haqqı olan(!) bir ölkəyə sahib olmaq və bu ölkədə yaşamaqdır...//AzPolitika.info

Oxunub: 401

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər