Vəfat etmiş şəxsin pensiyasını kimlər ala bilər?

Vətəndaş illərlə işləyir və bir gün pensiya yaşına çataraq sığorta hesabında yığılan pensiya kapitalından istifadə edəcəyini gözləyir. Lakin bəzən tale elə gətirir ki, insan pensiya yaşına çata bilmədən dünyadan köçür.

Dövlət Statistika Komitəsinin məlumatlarından da aydın olur ki, belə şəxslərin sayı az deyil.

"dogruxeber.tv" “Qafqazinfo”ya istinadən xəbər verir ki, son məlumata görə, 2023-cü ildə dünyasını dəyişənlərin 41,8 faizinin yaşı 65-dən az olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu - 50,4 faizi yaşa görə pensiya yaşına (65 yaş) çatmayıblar.

Maraqlıdır, bu halda pensiya kapitalının aqibəti necə olur? Həmin puldan istifadə hansı hallarda mümkündür?

Qanunvericiliyə görə, şəxsin hesabında toplanan pensiya kapitalı o, dünyasını dəyişdiyi halda, ailə üzvlərinin sosial təminatı üçün əsas olaraq istifadə olunur. Belə ki, vəfat edən şəxsin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən ailə başçısını itirməyə görə pensiyanın məbləği pensiya ödənişi müddətinin ayları, sığorta davamiyyəti əmsalı ilə yanaşı, pensiya kapitalı əsasında da aparılır. Ailə üzvlərinə düşən ailə başçısını itirməyə görə pensiyasının ümumi məbləği əmək pensiyasının minimum məbləğindən (320 manat) aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Qeyd etmək lazımdır ki, ailə başçısını itirməyə görə pensiya ailə başçısının ölüm gününədək ümumi sığorta stajı (Məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti) 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Vəfat etmiş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:

-Vəfat etmiş şəxslərin övladları:

- 18 yaşına çatmamış;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;

- təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;


- Ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;

- Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Ailə üzvünə düşən pensiya məbləği dövlət qulluqçularına verilən ömürlük, həmçinin əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.

Həmçinin vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə pensiyaçısı olubsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə pensiyanın məbləği vəfat edənin pensiyasının onun ailəsinin əmək qabiliyyətli olmayan üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər