Əmək müqaviləsi ilə işləyənlərin sayı niyə azalıb

"Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb".

"dogruxeber.tv" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.

"Eyni zamanda, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb. Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub: 18 min 200 nəfər. Dövlət Statistika Komitəsi 1 aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib. Deməli, 2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib. Aydındır ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımından vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikro sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqə olduğu güman edilir. Belə ki, bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.

Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir".

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər