gundem / Cəmiyyət
24.03.2025, 12:00
İlin ən güclü maqnit qasırğası başladı
Ötən gün Yer kürəsində G3 səviyyəsində maqnit qasırğası başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, maqnit qasırğası 2025-ci ilin əvvəlindən müşahidə olunan ən güclü qasırğadır.
Qasırğa ilə bağlı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun əməkdaşları əhaliyə xəbərdarlıq ediblər.
Qeyd edək ki, maqnit qasırğasına səbəb Günəşdə baş verən güclü partlayışdır.



