Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?

dogruxeber.tv: - Bir müddət öncə ölkə mediasında maraqlı məlumatlar dərc olunmağa başladı.

Guya ki, iş adamı Adnan Əhmədzadə I Liqa təmsilçisi "Mingəçevir"i maliyyələşdirməyə başlayacaq. Hamı bu xəbərə çox sevindi. Media qurumları, sosial şəbəkə hesabları bu məlumatı tirajladı. Sonradan məlum oldu ki, xəbər doğru deyilmiş. Adnan Əhmədzadə şəxsi instaqram hesabı vasitəsi ilə məlumatı yalanladı.

Bu hadisədən bir neçə gün sonra iş adamı yenə gündəmə gəldi. Onun dəvəti ilə Lionel Messi, Luis Suarez, Serxio Buskets və Xordi Alba kimi məşhur simalar Bakıya təşrif buyurdu. İnsafən, çox maraqlı tədbir alındı. Həm də ölkəmizin dünyaya tanıtımı üçün böyük iş idi. Baxmayaraq ki, idman mediası bura dəvət olunmadı. İşimizi siyasi mediada çalışan həmkarlarımız vasitəsi ilə həyata keçirə bildik ki, bu başqa mövzudur. Bir sözlə, Messi və dostlarının Bakıya gəlişi bizsiz də maraqlı keçdi. Amma ortada bir əmma var.

Mediada və sosial şəbəkələrdə gəzən söz-söhbətlərə inansaq, Adnan Əhmədzadə dünya ulduzlarının Bakıya gətirilməsi üçün nə az, nə çox 8 milyon dollar xərcləyib. Təbii ki, bu iddiadır. Ortalıqda rəsmi nəsə yoxdur. Adnan bəyin nə üçün bu qədər pul xərclədiyinin sorğu-sualını da aparmırıq. Bu həssas dönəmdə Messi kimi dünya ulduzunun ölkəmiz haqda video paylaşmasının dəyəri yoxdur. Hətta 8 milyon bu hadisə üçün azdır da.

Məni maraqlandıran başqa məqamdır. Futbolu bu qədər sevən, Ronaldinyonun, Messinin, Laportanın dostu olan Adnan Əhmədzadə ölkə futbolu üçün niyə nəsə etmir? Niyə klublardan birini götürüb, maliyyələşdirmir? Məsələn, elə "Mingəçevir"ə sponsorluq etmək olar.

Çünki bu şəhərdə futbol ənənəsi var. Bu idman növü "Nur şəhəri"ndə çox sevilir. Amma buranın komandasının halına yanan kimsə yoxdur. Kimsə əl atmasa, "şəhərlilər" bu mövsüm I Liqanı tərk edəcək.

Adnan bəy, futbol sevginiz hamıya bəllidir. İşə əl atmaq lazımdır. I Liqada klub saxlamaq o qədər də maliyyə tələb edən bir şey deyil. Bunun üçün 8 milyon lazım deyil. "Mingəçevir"ə 1 il ərzində 4-5 milyon dollar xərcləsəniz, şəhərdəki stadionu da təmir etdirərsiniz, I Liqada komandanı çempion da etdirərək Premyer Liqaya vəsiqə qazanmağına da səbəb olarsınız. Hətta akademiya yaradar, bazanın tikintisinə də başlayarsınız.

Bir sözlə, hər şey sizin istəyinizdən asılıdır. Messi və dostlarına 2-3 günə 8 milyon xərcləyən biri üçün yuxarıda sadaladıqlarım o qədər də çətin iş deyil. Azərbaycan futbolunun inkişafı üçün bunu etmək mütləqdir.../offsideplus.az/

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər