gundem / sosial / hadise / video / Cəmiyyət
17.04.2025, 11:30
“Venesiya”ya çevrilən Sabunçu vağzalı: “Gəzmək mümkün deyil” – VİDEO
İntensiv yağan yağışlara görə Sabunçu vağzalının önü gölməçəyə dönüb.
"dogruxeber.tv" xəbər verir ki, nəticədə, piyadaların gediş-gəlişində, nəqliyyatın hərəkətində problemlər yaranıb.
“Vəziyyətə görə səhərdən evə çörək ala bilmirəm”, – sakinlərdən biri deyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazinin sulardan təmizlənməsi işləri həyata keçirilir.
Ətraflı Baku TV-nin süjetində:



