Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video













Bakının Sabunçu rayonunda yerləşən dəmiryol stansiyası sökülür.

“Qafqazinfo” əməkdaşları söküntü işləri ilə tanış olmaq üçün əraziyə baş çəkiblər. Məlum olub ki, ərazidə söküntü işlərinə bir neçə müddətdir başlanılıb.

Artıq Sabunçu Dəmiryol Stansiyasının yaxınlığında yerləşən bir sıra obyektlər sökülüb. Hazırda ərazidə sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün piyada keçidi tikilir.

Tikinti işlərini həyata keçirən 11 saylı ixtisaslaşdırılmış dəmiryol müəssisəsinin iş icraçısı Əmirxan Məmmədov bildirib ki, plana əsasən 28 May stansiyasından Sumqayıta qədər olan dəmiryol xətti bütövlüklə yeniləcək:

“Təcili yardım üçün də keçid tikilməsi nəzərdə tutulur. Müasir tələblərə uyğun olaraq dəmiryol vağzalı da yenidən qurulacaq, vağzalın layihəsi hazırdır. Burada işlər mayın əvvəlində başlanılıb, ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur. Ərazidən Avropa standartlarına uyğun olaraq sürətli qatarlar işləyəcək. Ona görə də dəmiryol vağzalının yenidən tikilməsinə ehtiyac var. Bu xətlər Bakıdan Sumqayıta işləyən sərnişin qatarı və yüklər üçün nəzərdə tutulub”.



Yaxınlıqda yerləşən obyektlərin və evlərin sökülməsinə gəlincə isə Ə. Məmmədov qeyd edib ki, layihə çərçivəsində 15-ə yaxın yaşayış evi söküləcək: “Sakinlərə artıq bu haqda məlumat verilib. Bu ayın ortasından başlayaraq söküntüyə başlanılacaq”.

“Qafqazinfo” evləri söküləcək sakinlərlə də danışıb.

Məcburi köçkün Akifə Vəliyeva bildirib ki, artıq müvafiq qurumlar tərəfindən evinin kvadratı ölçülüb: “Hər kvadrata görə 1000 manat verəcəklər. Əlavə də üstündə 1000 manat ödəniş edəcəklər. Bizə bildiriş verdilər, onu 6 saylı Xətai Notariat İdarəsində təsdiqlətdik. Pulumuzu almağı gözləyirik. Artıq əşyalarımızı yığmağa başlamışıq. Dedilər ki, banka pul köçəndə xəbər edəcəklər. O pula isə 1 daxmadan artıq ev almaq mümkün deyil. Hər yer bahadır”.

Qəmər Nağıyeva da evin kvadratına görə verilən kompensasiyanın artırılmasını istəyir: “Fərli pul versinlər ki, buradan köçüb başqa yerdə ev ala bilək. Evin sahəsi 25 kvadratdır. 25 min manata hardan ev almaq mümkündür ki?!”

Mənzili plana düşməyən Nizaməddin Bayramov isə ətrafdakı tikinti işlərinə görə mənzillərə ziyan dəydiyini qeyd edib: “Hələ ki, bizim evimiz plana düşməyib. Deyirlər ki,1 aya sizə məlumat verəcəyik. Burada iş görürlər, evlər çartlayır. Hər yer toz-torpaq içindədir. Hamı evin içində qalır, çölə də çıxa bilmir”.




Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video
Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video
Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Bakıdakı məşhur dəmiryol vağzalı niyə sökülür? – Video

Son xəbərlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Bütün xəbərlər