Mənzil almaq istəyənlərin nəzərinə: Qiymətlər artdı  - VİDEO

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiyməti 2024-cü ilin eyni dövrünə nisbətən ortalama 14.4 faiz qalxıb. Artım ilk dəfə satışa çıxan mənzillərin qiymətində 12.9 faiz, təkrar bazarda isə 14,4 faiz təşkil edib. Qiymət artımı sözügedən dövr üzrə inflyasiya göstəricisindən 2.6 dəfə çox olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu artımın iqtisadi əsasları var:

"Həm manatın alıcılıq qabiliyyəti, həm də daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi və hazırda Azərbaycanda kapital yığımının əsas istiqamətlərindən biri kimi müəyyən olunması evlərin qiymətlərinin artmasına səbəb olur".

Vüqar Oruc deyir ki, mənzillərin bahalaşmasının digər səbəbi qəzalı binaların sökülməsinə başlanılmasıdır.

Prosesin mənzil bazarında tələbatın artacağı ilə bağlı gözləntilər yaratması qiymətlərin yüksəlməsinə səbəb olur. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bahalaşmanı ipoteka kreditlərinin verilməsi ilə əlaqələndirir.

Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında bildirilib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım davam edib. Bütövlükdə rəsmi statistikaya görə, 2020-ci ilin sonu ilə müqayisədə 2024-cü ilin eyni dövründə mənzillərin qiymətləri orta hesabla 32.4 faiz artıb.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər