Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

"Adil Əliyevin adamları məni döydülər, damdan atmaq istədilər. Məni ölümlə təhdid edirlər."

"dogruxeber.tv" bildirir ki, bu sözləri Suraxanı rayon sakini olan qazi Güləli Fərziyev deyib. Onun özünün lentə alıb sosial şəbəkələrdə yayımladığı videogörüntüdə orta məktəbin yanında hazırda inşa edilməkdə olan böyük bir iaşə obyekti yer alır.

Vətəndaş inşasına yeni başlanılmış həmin iaşə obyektinin yanında dayanaraq bildirir ki, - "Mən özümə məxsus kiçik obyektimdə təmir işləri görərkən Adil Əliyevin adamları gəlib məni döydülər. 6 xəsarətim var. Onlar hətta məni damdan atıb, öldürmək istədilər. Mən Suraxanı ərazisində qanunsuz işləri çəkdiyimə görə, məni ölümlə təhdid edirlər.

Adil Əliyev 3 şəhidi olan orta məktəbin düz yanında özünə ticarət mərkəzi tikdirir, amma onun adamları başqa bir yüksək vəzifəli şəxsin adını çəkib, tikilməkdə olan bu ticarət mərkəzinin güya həmin məmura məxsus olduğunu deyirlər. Özü də burada bütün qanunsuz tikintilər gecələr aparılır.

Mənim təmir etməyə çalışdığım kiçik obyektimdə icra hakimiyyətinin işçiləri iş aparmağa imkan vermirlər ki, neftin ərazisidir.

Bəs neftin ərazisidirsə, məktəbə gəlib-gedən şagirdlərə, valideynlərə narahatlıq yaratmaq bahasına bu boyda ticarət mərkəzi burda niyə tikilir?

3 şəhid verən bu məktəb kiçik olduğu üçün, 3 növbəli sistemlə işləyir, uşaqlar evə gecə gedib çıxırlar. Suraxanı rayonunun keçmiş icra başçısı Əziz Əzizov bu ərazidə şəhid kompleksi və əlavə məktəb korpusu tikiləcəyini demişdi, amma indi burda Adil Əliyev ticarət mərkəzi tikdirir. Özü də tikintidə istifadə olunması üçün elektrik enerjisi orta məktəbdən götürülür, yəni dövlət binasının enerjisindən şəxsi biznes tikintisində sui-istifadə olunur. Bütün bunlar barəsində danışanda isə adamları təhdid edirlər, döyürlər. Dəfələrlə döyülmüşəm. Amma Adil Əliyev çəkiliş vaxtı şəhid uşaqlarının üzündən öpməklə qazilərə, veteranlara qarşı etdiyi haqsızlığın üstünü örtməyə çalışır".



Bəli, bu bir Suraxanı sakininin, bir vaxtlar haqsızlığa görə bəzi icra başçılarına irad bildirən Adil Əliyev barəsində dedikləridir. Və yenə də şikayətin ən üstündə "qoçuları ilə məşhur olan" Adil Əliyevin qoçularının qol gücü dayanır.

Xatırladaq ki, Adil Əliyev barəsində bu kimi şikayət və narazılıq nə ilk deyil, nə də tək. Tikintisinin icra hakimiyyətinin işçiləri tərəfindən gecə saatlarında dağıdıldığını iddia edən qazi Ceyhun Ağayev də, jurnalist Veysəl Əylisli də, şəhid qardaşı İlqar Şahmurov da Suraxanı rayonu ərazisindəki tikintilərinin məhz yerli icra hakimiyyəti tərəfindən söküldüyündən şikayətçi idilər. Nə yazıq ki, adı çəkilən şəxslərdən ikisinin - Veysəl Əylisli və Ceyhun Ağayevin bu söz-söhbətlərdən sonra yolu həbsxanadan keçdi. Amma nə hikmətsə, qeyd etdiyimiz şəxslərin tikintilərini güya qanunsuz olduğu üçün dağıtdıran Suraxanı rayon icra hakimiyyəti Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsindəki çoxsaylı qanunsuz tikintiləri görməməzliyə vurmağı bacardı. Halbuki, yerli sakinlərin sözlərinə görə həmin ərazilərin kateqoriyası təsərrüfat təyinatlı olduğu üçün, orada yaşayış evlərinin tikilməsi qanunla yolverilməz idi.

Belə görünür ki, hörmətli Adil müəllim üçün qanunların yalnız onun maraqları ilə kəsişdikdə icrası zəruri olur.

PS: Qeyd edək ki, Məsələ ilə bağlı Suraxanı Rayon İcra hakimiyyətinə tərəfimizdə rəsmi sorğu göndərilib. Qanunsuz tikintilərlə bağlı bu quruma əvvəllər göndərdiyimiz sorğular hələ də cavabsız qaldığı üçün bu dəfə cavab göndərəcəklərinə ümid etmirik. Amma qurum lütf edib cavablandırarsa, növbəti yazıda onların da mövqeyini təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 030

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər