“Tamstore” qadın işçini döydülər

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Tamstore” mağazalar şəbəkəsində döyülmə hadisəsinin baş verdiyi iddia olunur.

"dogruxeber.tv" xəbər verir ki, bununla bağlı milli.az-a şikayət daxil olub.

Şikayətçi Elmira Aslanovanın sözlərinə görə, mağazada onu döyüblər:

“Rəhbərlikdən dəfələrlə xahiş etdim ki, mümkündürsə, yerimi dəyişsinlər.İşlədiyim 1 il ərzində bu baş tutmadı. Birlikdə işlədiyim xanım mənə kömək etmirdi. Bununla bağlı ona irad bildirəndə deyirdi ki, müdir mənim daydayımdı, arxamda durub. Bu durum məndə əsəb yaradırdı. Bütün işləri tək görürdüm.Yerdəyişmə ilə bağlı mağaza müavininə müraciət etdim, mənə ofisə yaxınlaşmalı olduğumu dedi. Ofisə yaxınlaşıb şikayətimi bildirdim. Ofisdən dedilər ki, bu, mağazadaxili məsələdir. Bundan sonra hər şey daha da pisləşdi.Müdir şikayət etdiyimi biləndən sonra məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Onun səsini yazmağa başladım.Bildi, səs tonunu aşağı saldı. Telefonu əlimdən alıb videonu, səsi silmək istədilər. Telefonumu götürüb qaçmağa çalışdım. Müdir o anda boğazımdan tutaraq mənə xəsarət yetirdi.Telefonum da yerə düşdü. Həm özüm zədələndim, həm də telefonum yararsız hala düşdü”.

Məsələ ilə bağlı sayta açıqlama verən mağaza müdiri Mirdamət Məmmədov baş verənləri təkzib edib:

“Elmira xanım mühafizəçinin üstünə hücum çəkirdi. Ona mane oldum. Mübahisənin nəyə görə olduğunu bilmirəm,sadəcə Elmira xanım elə düşünürmüş ki, onu işdən çıxarmaq istəyirəm. Ona xəsarət yetirməmişəm. O xanıma mağazada heç kim xəsarət yetirməyib. Sadəcə onu tutub saxlamışam. Videogörüntülərdə də bu var. Sonra Elmira xanım yıxıldı, mən də ehtiyatsızlıqdan onun üstünə yıxıldım”.

Qeyd edək ki, polis faktla bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Bütün xəbərlər