Bu enerji içkilərinin orqanizmə zərəri.....

Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.

"dogruxeber.tv" xəbər verir ki, bu fikirləri modern.az saytına açıqlamasında, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.

“Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur”.

Mütəxəssis deyib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır.

“Tərkibində olan kofein yorğunluğu azaltsa da, artıq qəbul etmək yuxusuzluq, iştahsızlıq, narahatlılıq yaradır. Jenşen bitkisi immun sisteminin güclənməsinə şərait yaratsa da, enerji içkisinin tərkibində olduqda, öz funksiyasını itirir”.

Məhsəti Hüseynova vurğulayıb ki, 20-25 yaşlı gənclər bu içkilərdən uzaq dursalar yaxşı olar.

“Çünki bu, tükənmişlik enerjisini artırır. Həmçinin reproduktiv sağlamlığa zərərdir. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, enerji içkiləri hər gün içilməməlidir. Üstəlik, bu içkilərin çoxu sadəcə “enerji” adı altında satılır”

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər