Bu energetik içkilər xərcəng yaradır……

“Təəssüf ki, energetik içkilər və onlara aludə olan gənclər yetərincə artır. Xüsusi ilə enerji içkilərinin tərkibində olan kofein, taurin kimi maddələr ürək əzələsini yorur’’.

"dogruxeber.tv" xəbər verir ki, bunu professor Adil Qeybulla enerjili içkilərin ziyanları barədə danışarkən deyib.

Onun sözlərinə görə, enerji içkiləri gələcəkdə ürək əzələsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara, o cümlədən kardiomiopatia kimi ağır xəstəlikə yol aça bilər:

Bu energetik içkilər xərcəng yaradır……

‘’Fikrimcə, məktəblərin ətrafında, bufetlərdə bu cür maddələrin satışı qəti qadağan edilməlidir. Ümumiyyətlə, enerji içkilərinin satışı ilə bağlı yaş məhdudiyyəti olmalıdır. Təəssüf ki, uşaq və gənclər enerji içkilərindən geniş istifadə edirlər. Ümumiyyətlə, energetik içkilərinin ziyanı ilə əlaqədar maarifləndirici məlumatlar verilməlidir. Təbii ki, məhsulu gətirənlər, satışı həyata keçirənlər özlərinin korporativ maraqlarını düşünürlər. Lakin nəzərə almaq lazımdır ki, enerji içkilərinin həddən artıq istifadəsi məqsədəuyğun deyil. Zənnimcə, yaxın zamanlarda bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatı bir qərar verəcək. Ancaq o zamana qədər biz təbliğat işini vaxtında və düzgün qurmalıyıq”.

Qida eksperti Fərid Səfərov isə diqqətə çatdırıb ki, gənclər arasında, hətta, məktəblilər arasında enerji içkilərinin istehlakı çoxalıb:

‘’Burada əsas günahkar və səbəblərdən biri bu cür içkilərin məşhurlar tərəfindən reklam olunması, insanlar arasında maarifləndirmənin və valideyn nəzarətsizliyidir. Bu səbəbdən öncə, bu cür içkilərin ziyanlarını sadə və anlaşılan şəkildə, səbrlə başa salmaq lazımdır. Enerji içkilərinin tərkibindəki yüksək kofein və şəkər sağlamlıq problemlərinə səbəb ola bilər. Müntəzəm və ya həddindən artıq istehlakdan sonra yüksək kofein qəbulu ürək döyüntüsü, başgicəllənmə, qan təzyiqinin yüksəlməsi və əsəbilik yaradır. Eyni zamanda yüksək şəkər tərkibi uzun müddətdə çəki artımına, digər metabolik problemlərlə nəticələnir. Yüksək glisemik indeks dəyərinə malik enerji içkiləri qanda şəkərin qəfil artmasına səbəb ola bilər. Bu da uzun müddətdə sağlamlığa ciddi ziyan vurur. Bu cür enerji içkiləri çox ciddi şəkildə asılılıq yaradır. Enerji içkilərinin beyin funksiyalarını artırmaq və ya idman performansını artırmaq xüsusiyyəti isə qətiyyən yoxdur. İdmanla məşğul olmadan əvvəl enerji içkisi içən insanlarda ürək ritmləri daha da artır, bu davamlı şəkildə təkrarlanarsa, ürək sağlamlığına çox ciddi zərər verə bilər. Enerji içkilərinin əvəzinə idmana başlamazdan əvvəl su için. Enerji içkilərinin qida dəyəri yox dərəcəsindədir. Sadəcə yüksək miqdarda kofein və şəkər var. Bu isə bizə heç bir fayda vermir’’. //Ajans.az

Oxunub: 483

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər