Gömrük Komitəsində şok maxinasiya: İş adamının adına 97 min “borc” yükləmək istəyirlər — QALMAQAL

"Lion Centre" MMC-nin direktoru, iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsini Bakı İnzibati Məhkəməsinə verib.

dogruxeber.tv: - İş adamı demokrat.az-a açıqlamasında bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov raportla Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə müraciət edərək, ona qarşı 97 min manat məbləğində əsassız və uydurma pul tələb edir.

Ramil Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edir.

"Dövlət Gömrük Komitəsindən mənə daxil olmuş 05.02.2025-ci il tarixli, 3-33/2-001878/2025 nömrəli məktubda "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişə istinad edilərək, sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilir. Elmir Ramazanov həmin sənədlərə istinad edərək, özündən uydurğu 97 min manat “borc” məbləği təyin edir və Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Bu zaman Elmir Ramazanov mənə və şirkətimə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Vaxtilə prokurorluq orqanlarından xaric olunmuş və hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin müavini vəzifəsində çalışan İlkin Bağırov sübut əhəmiyyət kəsb etməyən və cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış 14 iyun 2005-ci il tarixli, 931-IIQ saylı Sazişin 2-ci maddəsinin I, eyni Sazişin 7-ci maddəsinin (Konfidensiallıq) I bəndlərini oxumadan sözügedən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim "Lion Centre" MMC-yə məxsus deyil. Bununla Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilk növbədə cənab Prezidentin Çin Xalq Respublikası ilə imzaladığı müqavilələrə hörmətsizlik edir, eyni zamanda Çin və Azərbaycan hökumətləri arasında mövcud olan yaxşı münasibətləri sabotaj edir.

Gömrük Komitəsində şok maxinasiya: İş adamının adına 97 min “borc” yükləmək istəyirlər — QALMAQAL

Maraqlısı odur ki, Elmir Ramazanovun himayə etdiyi Emin Mirzəyev və digər şəxslər, həmçinin, dövriyyəsi milyon olan karqo şirkətləri nə üçün mənim şikayət etdiyim qapılarda görünmürlər? Halbuki, onlar 15-20 il öncədən fəaliyyətdədirlər.

Dəfələrlə konkret faktlarımla Bakı Baş Gömrük İdarəsinin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar, ölkədən külli miqdarda pulların xaricə necə çıxarılması və cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə necə xələl gətirməsi barədə Dövlət Gömrük Komitəsi rəhbərliyinə müraciət etmişəm. Çox təəssüf ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi müraciətlərə məhəl qoymur. Bu səbəbdən də mən Bakı Baş Gömrük İdarəsi barədə məhkəməyə müraciət etmişəm. Hazırda mənim müraciətim əsasında 5 ayrı-ayrı işlər məhkəmədədir. Nəticələri barədə mediaya məlumat verəcəm", - deyə Ramil Aslanov qeyd edib.

İş adamının iddiaları ilə bağlı Dövlət Gömrük Komitəsi informasiya sorğumuzu hələ ki, cavablandırmayıb.//Demokrat.az

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər