Bu universitet illik təhsil haqqını artırır

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.

"dogruxeber.tv" bildirir ki, bu barədə Modern.az-a universitetlərdən məlumat verilib.

Qeyd edək ki, 2023–2024-cü tədris ili özəl universitetlərin təhsil haqlarında müəyyən artımlarla yadda qaldı. Artımların bu il də davam edəcəyi gözlənilir.

Bakı Biznes Universitetindən verilən məlumata görə, təhsil haqqında ən azı 15-20 faiz artım olacaq. "Bu ildən qəbul olunan dövlət xərcləri də artırıldığı üçün təhsil haqqının da artması normaldır. Yaxın günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən yeni plan yerlərinin təsdiqindən sonra qiymətlər haqqında dəqiq məlumat veriləcək”-deyə ali təhsil müəssisəsindən bildirilib.

Kooperasiya, Xəzər və Azərbaycan universitetlərində isə 2024-2025-ci il təhsil illərində təhsil haqları ilə bağlı artım nəzərdə tutulmayıb.

Odlar Yurdu Universitetindən verilən məlumatda isə bildirilib ki, Elm və Təhsil Nazirliyinə göndərilən plan yerləri və yeni ixtisasların təsdiqindən sonra ödənişlərin artırılıb-artırılmamasına baxılacaq.

Qeyd edək ki, ötən tədris ili müddətində Xəzər Universitetində ixtisasdan asılı olaraq illik təhsil haqları 2500 manatdan 4000 manata qədər dəyişir. Azərbaycan Universitetində bu məbləğ 2000 manat, Bakı Biznes Universitetində isə 2500 manat təşkil edir. Odlar Yurdu və Azərbaycan Kooperasiya universitetlərində də təhsil haqları 2000–2200 manat arasında müəyyən olunub.

Son xəbərlər

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Bütün xəbərlər