Şirvanda ağacları kəsib yerində obyekt tikirlər – Video

Şirvanda yaşıllıqların məqsədli şəkildə məhv olunaraq yerində obyektlərin inşa edilməsi artıq sistemli hal almaqdadır.

Şəhərində yaşıllıqlar bir-birinin ardınca məhv edilir. Kəsilən hər ağacın yerində ya obyekt tikilir, ya da yollar salınır. İctimai maraqlara zidd olan bu proses sanki şəhər rəhbərliyi tərəfindən görməzdən gəlinir. Halbuki istənilən adi vətəndaş həyətində bir ağacı budayarkən belə inzibati cəza ilə üzləşir. Bəs necə olur ki, şəhərin mərkəzində, göz önündə yaşıl zolaqlar yox edilir, amma cavab verən yoxdur?

"dogruxeber.tv" xəbər verir ki, növbəti “ağac qətliamı” şəhərin Naxçıvan küçəsində qeydə alınıb. Heydər Əliyev prospekti ilə Naxçıvan küçəsinin kəsişməsindən irəlilədikcə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötüklərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı müşahidə olunub.

Rayon sakinlərinin szlərinə görə, “ağac qətliamı” Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədağa İbrahimovun “əl işidir”, bu işlər onun göstərişi və tapşırığı ilə aparılır. Sakinlər bildirir ki, kəsilmiş ağacların yeri betonlanıb. Bunu da heç bir rayon sakini özbaşına edə bilməz. Xüsusilə də rayonun mərkəzində. Məsələ burasındadır ki, adıçəkilən Əhmədağa İbrahimov dövlət vəzifəsi daşıyır. O, Baş Şirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Şirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması da məlumdur.

Ən təəccüblüsü isə odur ki, bu miqyasda bir ağac kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi – xüsusilə də icra başçısı İlqar Abbasovun diqqətindən yayınıb. Maraqlıdır, doğrudanmı bu proseslər onun razılığı və ya xəbəri olmadan baş verib?

Halbuki rayonda bir vətəndaş həyətində ağac budamaq və ya daşı-daş üstünə qoymaq istəsə, dərhal inzibati reaksiya ilə qarşılaşır. İndi isə şəhərin mərkəzində yaşıllıqlar kəsilir, kötükləri betonlanır, lakin icra hakimiyyəti susur. Deməli, adi vətəndaşın həyətində olanları izləyən gözlər, yaşıllığın ortasında baş verənləri “görmür”.

Mövzu ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Yazı hazır olduğu halda, açıqlama gəlmədiyi üçün bir müddət gözlədik. Lakin artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, İcra Hakimiyyəti ünvanladığımız sorğuya cavab verməyib. Görünür, ya bu məsələ onları maraqlandırmır, ya da ümumiyyətlə vətəndaş və media sorğuları cavablandırılmır.

Qeyd edək ki, yazıda adı keçən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.//Tribunainfo.az

Oxunub: 644

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər