gundem / hadise
3.06.2020
Xırdalanda ağac qətliamı: sakinlər etiraz edir - Foto

Xırdalan şəhəri 28-ci məhəllə, 19-cu binanın qarşısında ağacların kəsilməsinə başlanılıb.
dogruxeber.tv bildirir ki, bu barədə Axar.az-a yerli sakinlər məlumat veriblər. Onlar bildiriblər ki, kimlərsə binanın qarşısındakı ağacları kəsərək, bu ərazini satmağa çalışır.
Sakinlər burada hansısa obyektin tikiləcəyini ehtimal edirlər.
Redaksiyamıza təqdim olunmuş fotolardan da ağacların kəsildiyi aydın görünür.


