Paşinyanın "zibilxana" sözlərinə kilsədən etiraz

Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsələrini “zibil qabılarına” bənzədən bəyanatı dövlət və kilsə arasında qarşılıqlı hörmətin əsaslarını sarsıdır, eyni zamanda cəmiyyətdəki mənəvi tarazlığı təhdid edir.

"dogruxeber.tv" xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin (AAK) Sünik Yeparxiyasının Primatı yepiskop Makar Akopyan öz "Facebook" səhifəsində bildirib.

"Bu, sadəcə olaraq linqvistik səhv deyil. Dövlət başçısı kilsə haqqında belə sözlərlə danışanda dolayısı ilə dövlətlə kilsə arasında qarşılıqlı hörmətin əsaslarını pozur və cəmiyyətin mənəvi tarazlığına təhlükə yaradır", - deyə o yazıb.

Yepiskopun sözlərinə görə, ruhanilər baş nazirin sözlərindən narahat olublar, çünki bu, yersiz və son dərəcə uğursuz bir müqayisə idi. Akopyan vurğulayıb ki, siyasətçi bu cür bəyanatlarla uzun müddət erməni xalqının mənəvi işığı, milli dözümlülük mənbəyi olan strukturu təhqir edir.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin (AAK) Şirak Yeparxiyasının rəhbəri Mikael Ajapahyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəni vergiyə cəlb etmək təklifi “xəstə ağlın bəhrəsi”dir. Onun sözlərinə görə, kilsə öz xidmətində və missiyasında şəffafdır.

Oxunub: 538

Son xəbərlər

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

“iPhone 18 Pro” bu rəngdə olacaq

Benilüks ölkələrindən Azərbaycana HÜCUM – Bakıdan REAKSİYA

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib

Türkiyə Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır

Bütün xəbərlər