gundem / idman
7.06.2025
Əliyar Ağayevin idarə etdiyi oyun heç-heçə bitdi
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Nigeriya milliləri arasında keçirilən yoldaşlıq oyununu idarə edib.
"dogruxeber.tv" xəbər verir ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.
Ruslar 27-ci dəqiqədə avtoqolla hesabda önə keçsələr də, rəqib 71-ci dəqiqədə hesabı bərabərləşdirib.
Qeyd edək ki, “Lujniki”də keçirilən matçda Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib.
Dördüncü hakim funksiyasını isə rusiyalı Yevgeni Kukulyak yerinə yetirib.



