“Yas yeməklərinə son” – Samuxdan sonra Biləsuvarda da yeni qərar

"dogruxeber.tv" xəbər verir ki, bir müddət əvvəl Samux rayonunda başlayan və cəmiyyətdə rəğbətlə qarşılanan yas məclislərində yemək verilməsinə son qoyulması təşəbbüsü artıq Biləsuvar rayonunda da tətbiq olunmağa başlanıb.

Rayon ağsaqqallarının qərarı ilə rayon ərazisində yas mərasimlərində kütləvi yemək verilməsi, qonaqlıqlar təşkil olunması qadağan edilib.

Bu qərarın verilməsi yalnız dini-mənəvi səbəblərlə deyil, sosial ədalət, maddi yükün azaldılması və ailələr arasındakı bərabərliyin qorunması baxımından da önəmlidir. Bilinir ki, son illər yas mərasimləri bir çox hallarda ailələr üçün ağır maddi yükə çevrilmiş, eyni zamanda yarışa çevrilmiş təmtəraqlı yas süfrələri ciddi narahatlıq doğurmuşdu.

Cəmiyyətin əksər nümayəndələri bu cür təşəbbüsləri müsbət dəyişiklik kimi qiymətləndirir. Axı yas – təmtəraq deyil, təmkin, yemək deyil, dua və xatirədir.

"Yas mərasimi ağrı, yoxsullar üçün isə yük olmamalıdır"

"dogruxeber.tv"a danışan bir sıra vətəndaşlar qeyd ediblər ki, belə addımlar daha əvvəldən atılmalı idi:

Qardaş, kimsə ailə üzvünü itirir, amma ertəsi gün başlayır: 100 nəfərlik plov, çay, limon, salat... Bu nə deməkdir axı? Əslində bu, insanın dərdini yaşamağa imkan vermir. Sanki bir toy tədbiri hazırlanır.” – deyə vətəndaş qeyd edib.

Yerli sakinlər də qərarı dəstəkləyərək bildiriblər ki, İslam dinində yas mərasimində təmtəraq və israf qətiyyən tövsiyə olunmur. Əksinə, ailəyə başsağlığı vermək, dua etmək, dərdini bölüşmək əsasdır.

Bu təşəbbüs digər rayonlara da keçəcəkmi?

Samux və Biləsuvar kimi rayonlarda bu cür sosial çağırışların rəsmi şəkildə həyata keçirilməsi daha geniş miqyasda tətbiq olunması üçün nümunə ola bilər. Cəmiyyətin ağrısını alçaldan deyil, paylaşan yanaşmaların təşviqi müasir Azərbaycan cəmiyyətinin mədəni təkamülündə vacib mərhələdir.

"dogruxeber.tv" olaraq hesab edirik ki, yas mərasimlərində israfçılığın qarşısını almaq, mərhumun xatirəsini daha mənəvi dəyərlərlə yad etmək həm də xalqımızın ənənəvi ailə institutunun qorunmasına xidmət edir.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər