Xaricdə təhsil alan tələbələr TKTA-nın qərarına ETİRAZ EDİR: TKTA - nın cavabı (YENİLƏNDİ)

dogruxeber.tv: - Xaricdə təhsil alan bir qrup tələbə tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qərarına etiraz edirlər:

“Biz, xaricdə təhsil alan bir çox tələbə, qarşılaşdığımız ciddi bir problem barədə diqqətinizi çəkmək istəyirik.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarına əsasən, 2025-ci il üçün xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini təqdim etməlidirlər. Lakin bu qərar 2024-cü illə müqayisədə ciddi fərqlilik göstərir. Çünki 2024-cü il üçün sənəd qəbulu 1 avqust tarixinə qədər davam edirdi. Qəfildən qəbul tarixinin 30 gün qabağa çəkilməsi və bu dəyişikliklərin səbəbləri barədə hər hansı bir izah verilməməsi tələbələr və onların ailələri arasında narazılığa səbəb olub.

Qeyd etmək istəyirik ki, 30 iyun tarixinə qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyindən qismən tanınma şəhadətnaməsi alınmadığı təqdirdə tələbələr Azərbaycana köçürülmə sisteminə müraciət etmək hüququndan məhrum qalır. Bu isə bir çox tələbənin təhsil hüquqlarına ciddi şəkildə zərər verir.

Məsələn, hansısa tələbə İzmir şəhərində təhsil alır və onun imtahan nəticələri yalnız 10 iyul tarixində açıqlanacaq. Bu vəziyyət onun vaxtında sənəd təqdim etməsinə imkan vermir. Bununla əlaqədar TKTA- müraciət edərkən isə tələbələrə "get, universitetə bildir ki, nəticəni tez versinlər" kimi qeyri-ciddi cavablar verilir. Bu yanaşma tələbələrin və onların ailələrinin haqlı narahatlıqlarını heç bir şəkildə həll etmir və onlara qarşı hörmətsizlik nümayiş etdirir.

Üstəlik, bu qərarın tələbələrin təhsil hüquqlarına ciddi zərər verdiyini düşünürük. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu qərarının dəyişdirilməsi və ya təqdimetmə tarixinin uzadılması tələb olunur ki, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilsinlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edəcəkdir”.

Redaksiyadan: Keyfiyyət Təminatı Agentliyinin mövqeyi:

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) isə bildirilib ki, onların mandatı yalnız qismən tanınma ilə bağlıdır. Belə ki, TKTA tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik tanınma şəhadətnaməsi təqdim olunur.

Köçürülmə sisteminə müraciət etmək üçün tarix isə aidiyyəti qurum tərəfindən müəyyən edilir. Ona görə də TKTA tərəfindən Azərbaycana köçürülmək istəyən tələbələrə 30 iyun tarixinə qədər ali təhsil müəssisələrinə qəbul tarixindən etibarən bütün ali təhsil müddətindəki akademik göstəricilərini özündə ehtiva edən müvafiq transkripti təqdim etməyə vaxt verilib.

Məlumat üçün bildiririk ki, təqdim olunan sənədlərin ekspertiza prosesi bir neçə mərhələni əhatə etdiyi üçün ən azı 1 həftə vaxt tələb olunur.

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər