Qiymət artımı: Səssiz böhranın səsi

dogruxeber.tv: - Son dövrlər ölkədə gündəlik tələbat mallarından tutmuş, nəqliyyat, dərman, kommunal xidmətlər və ərzaq məhsullarınadək geniş spektrdə müşahidə olunan qiymət artımı cəmiyyətin bütün təbəqələrini ciddi narahat edir.

İnsanlar hər gün mağazaya girəndə, aptekə, bazara, hətta ictimai nəqliyyata minəndə əvvəlki günlə eyni qiymətlərlə qarşılaşmayacağına artıq əmin olublar. Bu isə təkcə maddi deyil, psixoloji gərginliyi də artırır.

Əməkhaqlarında və pensiyalarda edilən müəyyən artımlar bu dalğanı nəinki yumşaltmır, əksinə, qiymət artımı ilə paralel getdiyindən alım gücü əhəmiyyətli dərəcədə azalır. Xüsusilə də minimum əmək haqqı ilə dolanan ailələr, aztəminatlı təbəqə və yaşlı insanlar üçün vəziyyət ağırdır.

Qiymətlərin əsas səbəbləri kimi bəzən xarici amillər – dünya bazarlarında bahalaşma, ixrac-idxal balansındakı dəyişikliklər göstərilir. Lakin ölkədaxili nəzarətin zəifləməsi, süni qiymət artımı halları və bəzi sahibkarların fürsətçiliyi də danılmaz həqiqətdir. Dövlət orqanlarının bu sahədə effektiv və davamlı nəzarət mexanizmlərinə ehtiyac var.

Ən acınacaqlısı isə odur ki, bu bahalaşma təhsildən tutmuş sağlamlığa qədər hər sahəyə sirayət edir. Məsələn, məktəbli formalarının və dəftərxana ləvazimatlarının qiymətindəki artım təhsil ilinə hazırlaşan valideynləri çətin seçimlər qarşısında qoyur. Apteklərdə dərmanların qiyməti isə bəzən adi vətəndaş üçün əlçatmaz səviyyəyə yüksəlir.

"dogruxeber.tv" olaraq bildiririk ki, qiymət artımı təkcə iqtisadi yox, sosial məsələdir. Hər bahalaşma bir insanın həyatından bir ümidin çıxması deməkdir. Əgər bu prosesə vaxtında və ədalətlə müdaxilə olunmasa, nəticələr daha ağır ola bilər.

Çıxış yolu nədir?

Şəffaf və ədalətli qiymət nəzarət mexanizmləri;

Ərzaq və dərman sektorunda dövlət ehtiyatlarının formalaşdırılması;

Aztəminatlı ailələr üçün subsidiya və sosial yardım mexanizmlərinin genişləndirilməsi;

Real rəqabətin və istehsalın təşviqi ilə bazarda təklifin artırılması.

Unutmayaq: Bahalaşma rəqəmlərdən ibarət deyil – insanların taleyidir.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər