Yerin fırlanma sürətində rekord - Bu, bizim üçün nə deməkdir?

Yer kürəsinin fırlanma sürəti artır və bu da sutkanın bir qədər qısalmasına səbəb olur. Hərçənd bu dəyişikliklər millisanilər səviyyəsindədir, son 5 il ərzində sutkanın ən qısa davametmə müddəti ilə bağlı bir neçə rekord qeydə alınıb.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.

Məlum olduğu kimi, təqvim üzrə bir sutka dəqiqliklə 24 saat və ya 86 400 saniyə olaraq müəyyən edilib. Lakin əslində bir sutkanın müddəti bir qədər qısadır - təqribən 23 saat 56 dəqiqə və 4 saniyə. Ancaq 2020-ci il iyulun 19-da Yer öz oxu ətrafında tam fırlanmanı adi haldan 1,47 millisanə (yəni 0,00147 saniyə) daha tez başa vuraraq rekord müəyyən edib.

Bu, tək hadisə olmayıb. Bir il sonra, 2021-ci il iyulun 5-də planetin fırlanması normadan 1,66 millisanə daha sürətli olub. Mütəxəssislər bu yay da yeni bir rekordun qeydə alınacağını istisna etmirlər və bu, planetin fırlanma sürətinin artmasına dair tendensiyanı təsdiqləyə bilər.

Alimlər bu prosesin dəqiq səbəbini hələ bilmirlər, lakin bir sıra fərziyyələr mövcuddur. Güman edilir ki, bu sürətlənmənin səbəbləri arasında Yerin nüvəsinin hərəkətində baş verən dəyişikliklər, buzlaqların əriməsi nəticəsində planetdəki kütlənin paylanmasında yaranan fərqlər və okean axınlarının dəyişməsi kimi amillər var. Eyni zamanda, Yer kürəsinin coğrafi qütblərinin tədrici hərəkəti də bu prosesə təsir göstərə bilər.

Bununla yanaşı, "Dail yGalaxy" qeyd edir ki, planetin fırlanma sürətindəki artım çox güman ki, müvəqqəti xarakter daşıyır, çünki uzunmüddətli tendensiya əksinədir – Yer öz fırlanmasını tədricən ləngidir.

Bu dəyişikliklər adi insanlar üçün nəzəri xarakter daşıyır, çünki sutkanın davametmə fərqi o qədər azdır ki, onu yalnız xüsusi atom saatları ilə müəyyən etmək mümkündür. Lakin sutkanın müddətindəki bu cüzi dəyişikliklər peyk naviqasiyasına əsaslanan müasir rabitə sistemlərində problemlərə səbəb ola bilər. Bu sistemlər üçün dəqiq sinxronlaşdırma olduqca vacibdir və faktiki ilə nəzəri zaman arasındakı uyğunsuzluq bu balansı poza bilər.

Oxunub: 238

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər