Alplarda qlobal istiləşmənin yeni təhlükəli təzahürü müşahidə olundu

Cənubi Avropanın "əbədi qarı” ilə tanınan məşhur İsveçrə buzlaqları sürətlə məhv olur və elm adamları bu prosesi "qəribə və təhlükəli” adlandırırlar.

"dogruxeber.tv" xəbər verir ki, "The Independent” nəşrinin yazdığına görə, buzlaqların hazırkı vəziyyəti qlobal istiləşmənin Alplarda yeni və narahatedici təzahürünü ortaya çıxarıb.

Son həftələrdə buzlaqların zəifləməsi konkret nəticələrə səbəb olub. Alp dağlarının bir zirvəsində baş verən sürüşmə nəticəsində Bllatten kəndi su altında qalıb. Hadisəyə səbəb kimi, zirvədəki daş kütləsini saxlayan buzlağın artıq qoruyucu baryer funksiyasını yerinə yetirə bilməyəcək qədər zəifləməsi göstərilir.

Mütəxəssislər bildirirlər ki, İsveçrə buzlaqlarının geri çəkilməsi təxminən 170 ildir davam edir, lakin 1980-ci illərdən bu proses sabit hal alıb. Son illər – xüsusilə 2022 və 2023-cü illər isə buzlaqlar üçün ən fəlakətli dövrlər olub.

Adətən "sağlam” buzlaq yüksəkliyə yağan qarla kütlə qazanır, bu kütlə dağ yamacları ilə aşağıya doğru hərəkət edir və orada yavaş-yavaş əriyir. Qlobal istiləşmə bu tarazlığı pozur: ərimə sürətlənir və qar xəttinin səviyyəsi yüksəlir. Nəticədə, buzlaq olduğu yerdəcə əriməyə başlayır və yuxarıdan gələn təzyiq azaldığı üçün hərəkətini dayandırır.

Bu proseslər buzlaq bədənində "açıq torpaqdan” ibarət "dəliklərin” əmələ gəlməsinə səbəb olur. Ekspertlər bildirirlər ki, bu hal buzlaqların özünü bərpa etmə qabiliyyətini məhdudlaşdırır və onların ümumi strukturunu zəiflədir.

"Bir neçə il əvvəl bu dəliklər bu qədər görünmürdü, amma indi onları daha tez-tez müşahidə edirik. Buzlaqlar getdikcə daha çox İsveçrə pendirini xatırladır – hər yerdə dəliklər var və bu dəliklər genişlənir. Bu, buzlaqlar üçün yaxşı əlamət deyil", deyə İsveçrə buzlaqlarının monitorinq qrupundan Mattyas Huss bildirib.

ABŞ-ın Pensilvaniya Universitetindən geoloq və buzlaq mütəxəssisi Riçard Elli isə bildirib ki, buzlaqların geri çəkilməsi kənd təsərrüfatı, balıqçılıq, içməli su ehtiyatları və hətta transsərhəd çaylar səbəbindən regional gərginliklərə səbəb ola bilər.

"Hazırda buzlaqlar yayda çayların axınını dəstəkləyir. Amma buzlaqlar tamamilə yoxa çıxdıqda, yalnız anormal dərəcədə az sulu axınlar qalacaq”, deyə Elli vurğulayıb.

İsveçrə üçün buzlaqların yox olması energetika sahəsində də ciddi itkilər yarada bilər. Alp ölkəsi elektrik enerjisinin böyük hissəsini göl və çaylar üzərində qurulmuş su elektrik stansiyalarından alır. Buzlaqların geniş şəkildə əriməsi bu enerji mənbələrini risk altına sala bilər.

Oxunub: 374

Son xəbərlər

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Bütün xəbərlər