Barəsində cinayət işi açılan vəzifəli şəxslərlə bağlı məhkəmə bu qərarı verdi

dogruxeber.tv: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi müqabilində vətəndaşlardan rüşvət almaları barədə məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, ibtidai istintaqla Kənd Təsərrüfatı Nazirliyinin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin Dövlət nəzarəti şöbəsinin müdir müavini Rəşad Yolçiyevin qeyd olunan vəzifələrdə işlədikləri dövrdə vəzifə səlahiyyətlərini aşmaqla qabaqcadan cinayət əlaqəsinə girərək 2022-ci ilin sentyabr ayından 2025-ci ilin mart ayınadək olan müddətdə qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi müqabilində onlara müraciət etmiş çoxsaylı vətəndaşlardan ümumilikdə 77 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Arif Həsənov və Rəşad Yolçiyevə Cinayət Məcəlləsinin 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfində təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər