Gül kollarının alınması məxfi məlumatdır? – Şabranda müəmmalı tender

Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsi “Kanon 9” MMC (VÖEN – 6701787811) ilə ümumi dəyəri 16 min 400 manat olan 2 müqavilə bağlayıb.

dogruxeber.tv: - Müqavilələrin keçirilən tender müsabiqələrindən (Kotirovka sorğusu) sonra imzalandığı bildirilir.

Dəyəri 8 min 200 manat olan müqavilənin biri həmişəyaşıl gül kolları və mövsümi güllərin satın alınması, eyni məbləğdə olan digər müqavilə isə gül kollarının alınması ilə bağlıdır.

Qeyd edək ki, gül kollarının alınması ilə bağlı tender müsabiqəsinin dövlət satınalmalarının vahid internet portalından kənar keçirildiyi bildirilir.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla satınalmalar yalnız portal vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildirək ki, “Kanon 9” MMC 10 ay əvvəl - 25 sentyabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Saatlı rayonunun Əlisultanlı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İmanov Elşən Məhəmmədəli oğludur.

Onu da bildirək ki, açıq internet resurslarda barəsində məlumat olmayan “Kanon 9” MMC qısa müddət əvvəl qeydiyyata alınmasına baxmayaraq bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub. Açıqlanan rəsmi məlumatlara görə hazırda “Kanon 9” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 1 290 manat 36 qəpik vergi borcu da var.

“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində isə göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.

Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsi müsabiqəni portaldan kənar keçirdiyi üçün müqavilənin nə zaman imzalandığı, “Kanon 9” MMC-nin müqavilə imzalanan zaman borcunun olub-olmadığı da məlum olmur.//Yeniavaz.com

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər