gundem / hadise / maraqli / Cəmiyyət
15.08.2025
Gecələr Öz-Özünə Yanan Köhnə Evlər – Mistika, yoxsa Elmi Sirr?
Dünyanın müxtəlif bölgələrində illərdir insanların anlada bilmədiyi qəribə hadisələr baş verir – köhnə evlər gecələr öz-özünə alışıb yanır.
“dogruxeber.tv” araşdırmalarına görə, belə hadisələrdə ən müəmmalı məqam odur ki, yanğınlar heç bir elektrik xətası, qaz sızması və ya açıq alov mənbəyi olmadan başlayır. Ev sahibləri deyir ki, gecənin tam səssiz bir anında, qəfil divarın müəyyən bir hissəsində sanki görünməz bir əl kibrit çəkmis kimi alov peyda olur. Bəzən alov saniyələr içində yox olur, bəzən isə sürətlə yayılıb ciddi ziyan vurur.
Hadisə şahidlərinin dediklərinə görə, bu yanğınlardan əvvəl evin içində qəribə istilik dalğası hiss olunur. Bəzən otaqda kəskin və yanıq plastikə bənzər qoxu yayılır. Hətta bəziləri həmin an pəncərədən kənara baxanda qaranlıqda hərəkət edən kölgə siluetləri gördüklərini iddia edir. Elmi izah axtaran mütəxəssislər bu cür yanğınların səbəbini köhnə tikinti materiallarının illərlə qaz yığması, müəyyən kimyəvi reaksiyalar və ya həddindən artıq rütubətli mühitdə baş verən mikrobioloji proseslərlə əlaqələndirir.
Lakin “dogruxeber.tv”ın əldə etdiyi məlumatlarda bəzi yanğınların tamamilə boş, heç bir elektrik və qaz bağlantısı olmayan tərk edilmiş evlərdə baş verdiyini müəyyən edib. Bu da hadisənin sadəcə fiziki səbəblərlə izah olunmasını çətinləşdirir. Maraqlıdır ki, belə evlərin əksəriyyətində illər əvvəl müəmmalı ölümlər və ya faciəli hadisələr baş verdiyi barədə yerli əhalinin söylədiyi hekayələr də mövcuddur.



