Rəqəmlərin mistikası – 3, 7, 13 və sair: Azərbaycanda “uğursuzluq” kodları

Rəqəmlər bəzən sadəcə say deyil, sükutun içində gizlənmiş işarələrdir. Onlar insan tarixinin ən dərin simvollarındandır – misralarda, ayinlərdə, qurbanlarda, cədvəllərdə öz dilləri ilə danışırlar. Azərbaycanda da müəyyən rəqəmlər var ki, onların sadə görünüşü altında qədim qorxu, kollektiv yaddaş və enerjiyə bürünmüş mənalar yatır.

"dogruxeber.tv" qeyd edir kki, 3 rəqəmi ilə başlanan sirlər, minillərlə öz təsirini qoruyub saxlayıb. Qədim türk inancında göy, yer və insan üçlüyü müqəddəs sayılıb. “Üç oğul, üç yol, üç niyyət” – deyimlər və ritullarda bu rəqəm bir növ enerjinin tamlanma, balans və başlanğıc gücünü ifadə edib. Numerologiyada da 3 – yaradıcı enerjini daşıyır. Ruh, bədən və zehin birliyi bu rəqəmlə izah olunur. Kimisi bunu “müqəddəs üçlük” adlandırır, kimisi isə bu rəqəmi həyatda dönüm nöqtəsi hesab edir.

7 rəqəmi təkcə bizim coğrafiyada deyil, bütün bəşəriyyətin yaddaşında xüsusi çəkidədir. İlin günləri, göyün qatı, bədənin enerji nöqtələri – hər şey 7 ətrafında fırlanır. Astrologiyada da 7 əsas planetin təsiri ilə həyat axarı formalaşır. Hər planet bir duyğunu, bir vəziyyəti idarə edir və bu rəqəmin içində əslində insanın taleyinə yazılmış yol xəritəsi gizlənir. Azərbaycanda isə 7 rəqəmi həm qoruyucu, həm xəbərdaredici məna daşıyır – yeddi gün yas saxlanılır, yeddi dəfə dua oxunur, yeddi qat qapıdan keçmək ifadəsi həm fiziki, həm də metafizik məna daşıyır. Bu rəqəm eyni zamanda keçid, sınanma və güclənmə mərhələsidir.

13 rəqəmi isə bəlkə də rəqəmlərin ən susdurulmuşu, ən çox günahlandırılanıdır. Qərb mədəniyyətindən keçib gəlsə də, Azərbaycanda da bu rəqəmin yaratdığı narahatlıq tədricən kök salıb. Binalarda bu mərtəbə adlandırılmır, toylarda, tədbirlərdə bu rəqəmdən yayınmaq istəyi sezilir. Halbuki 13 – Ay təqvimində ilin dolu aylarının sayıdır. Bu rəqəm dişi enerji ilə sıx bağlıdır. Dolunayın 13-cü günlərə düşməsi və ayın qadın bioloji ritmləri ilə paralelliyi, onun dərin feminen və dəyişdirici enerjisini ortaya çıxarır. Bu səbəbdən, 13 əslində dəyişimin, qopmanın və yenidən doğuşun simvoludur. Karma dövriyyəsində də bu rəqəm köhnənin yandırılıb, dərkin başlanmasını göstərir.

Astrologiyada hər rəqəm müəyyən planet enerjisini daşıyır. 4 – Saturn, 6 – Venera, 8 – Pluton... Yəni bu rəqəmlərlə qarşılaşdığımız an, əslində müəyyən bir enerji tezliyi ilə təmas qururuq. Pluton – köklü transformasiya, Venera – sevgi, Saturn – dərs və məsuliyyət daşıyır. Bir sözlə, rəqəmlər sadəcə matematik kodlar deyil, onlar enerjinin, taleyin, hətta ruhun məlumat daşıyıcılarıdır. Numerologiyada deyilənə görə, insanın doğum tarixi, adının rəqəmsal vibrasiyası və həyat yolu nömrəsi onun xarakterinə, qarşılaşacağı dərslərə və potensialına dair ipucları verir.

Əgər bəzən bir rəqəm sənə təkrarlanaraq görünürsə – saatda, nömrədə, sənəddə – bu sadəcə təsadüf deyil. 11:11, 13:13, 777 – bunlar kainatın diqqətinə çağırış, yönlənmə, ya da xəbərdarlıq siqnalları ola bilər. Rəqəmlər burada kodlaşdırılmış şüuraltı mesajlar kimi çıxış edir.

Azərbaycan xalq inancı bu məqamda çox sakit və simvolik davranır. Əslində bizim mədəniyyət bu mistikanı hay-küylə deyil, pıçıldayaraq ötürür – suya duz atır, 3 dəfə qapı döyür, 7 gün yas tutur, 13-cü gün sükutla ötürülür. Bu davranışlar sadə görünsə də, hər biri kollektiv ruhun minillərlə qoruyub saxladığı enerji balansıdır.

Rəqəmlərə inanıb-inanmamaq fərdidir, amma onlara qarşı laqeydlik göstərmək də ruhsuzluğun bir forması ola bilər. Çünki insan təkcə reala deyil, simvola da ehtiyac duyur. Və bəzən bir rəqəm – bir xəbərdarlıq, bir başlanğıc və ya bir qopuş ola bilər.

Rəqəmlər həyatın sükutlu dilidir. Onları oxumaq üçün qalxan səs yox, enən zehn lazımdır.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər