Deputatın "Anım günü" çıxışı cəmiyyətdə gülüş və narazılıq doğurdu

"DogruXeber.tv" xəbər verir ki, ötən həftənin cümə günü Masallı rayonunda keçirilən tədbirdə millət vəkili Cavanşir Paşazadənin çıxışı sosial şəbəkələrdə və cəmiyyət arasında geniş rezonans doğurub.

Belə ki, deputat tədbir zamanı "Anım günü" ifadəsini düzgün anlamadan, onu sanki bir bayram və ya təntənəli gün kimi təqdim edib, hətta tədbir iştirakçılarını bunun münasibətilə təbrik edib. Bu isə həm tədbir iştirakçıları, həm də geniş ictimaiyyət arasında gülüş və eyni zamanda narazılıqla qarşılanıb.

Əslində "Anım günü" xalqımızın şəhidlərini yad etdiyi, onların müqəddəs xatirəsini ehtiramla andığı bir gündür. Təbrik yox, hüzn, ehtiram və sayğı günü. Millət vəkilinin bunu qarışdırması sadəcə “dil sürüşməsi” kimi deyil, anlayışsızlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir.

Video: My Webpagehttps://vt.tiktok.com/ZSDtDrk7t/

Digər tərəfdən, Cavanşir Paşazadənin çıxışında işlədilən cümlə quruluşları və ifadələr bir daha göstərdi ki, deputatlarımızın bir çoxu hələ də rəsmi nitq mədəniyyəti, düzgün ifadə qabiliyyəti və məsuliyyətli yanaşma baxımından ciddi problemlər yaşayır. Onun nitqindəki qüsurlar və səliqəsiz ifadələr də cəmiyyətin haqlı iradına səbəb olub. Çünki parlamentdə təmsil olunan şəxs hər kəlməsi ilə xalqı, dövləti və millətin dəyərlərini təmsil edir.

Millət vəkili səviyyəsində olan bir şəxsin belə yanlış çıxışı isə xalqda suallar doğurur: əgər bir deputat şəhidlərimizin xatirəsinə həsr olunmuş günlə bağlı söz seçimini belə düzgün edə bilmirsə, onda həmin şəxsin cəmiyyət qarşısında məsuliyyətini necə qiymətləndirmək olar?

"DogruXeber.tv" olaraq bildiririk ki, millət vəkilləri sadəcə mandat sahibi deyil, həm də xalqın dəyərlərinin qoruyucusu olmalıdır. Xüsusən şəhidlərin ruhuna həsr olunmuş günlərdə edilən çıxışlar daha həssas yanaşma tələb edir. Əks halda, belə anlaşılmazlıqlar həm cəmiyyətin inamını sarsıdır, həm də siyasi institutların nüfuzunu zədələyir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq!

Son xəbərlər

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Bütün xəbərlər