gundem / sosial / video / ustxeber / Cəmiyyət / Manşet
17.11.2025
DogruXeber.tv rəhbəri qalmaqallı görüntüləri paylaşdı: İdarə rəisinin davranışı tənqid olunur
"DogruXeber.tv" informasiya portalına daxil olan məlumata görə, sosial şəbəkələrdə yayılan bir video ölkədə əmək münasibətlərindəki ciddi problemlərin yenidən gündəmə gəlməsinə səbəb olub. Videoda Xaçmaz Su Melorasiya Sistemləri İdarəsinin müdirinin müavini Teyyub Sultanov tərəfindən çilingər Rəhman Nəsirovun iş şəraitində istismara məruz qaldığı iddia edilir. Faktı isə görüntüləri lentə alan şəxsin paylaşdığı kadrlarda əks olunan mənzərə təsdiqləyir. Hadisə barədə məlumatı "DogruXeber.tv" informasiya portalının rəhbəri Kamal Əsgərov öz şəxsi Facebook hesabında paylaşıb. Onun sözlərinə görə, bu görüntülər ölkədə işçilərlə rəftar və əmək qanunvericiliyinin tətbiqi ilə bağlı ciddi suallar yaradır.
Jurnalistin yazısını olduğu kimi təqdim edirik:
"Təqdim etdiyim video kadrı bir daha göstərdi ki, ölkədə işsizlikdən sui-istifadə edən məmur zümrəsi sadə işçini nə şəxsiyyət, nə insan, nə də əməkdaş olaraq görür. Əmək qanunvericiliyi kağız üzərində qalıb, idarələr isə “öz qanunları” ilə işləyir. Səlahiyyəti cibinə qoyub özbaşınalığı idarəetmə üslubu edənlər də özlərini yuxarı instansiyalara “nümunəvi rəhbər” kimi göstərməyə çalışırlar.
Bəli, bu Azərbaycanın bu günkü acı reallığıdır: işçinin istismarı, məmurun kobudluğu, haqsızlığın adi hala çevrilməsi. Cəmiyyət də sanki buna öyrəşdirilib. Haqqın tapdanması, ədalətin məhv olması artıq heç kimi təəccübləndirmir — bu isə ən böyük faciədir.
Videodakı həmin acı mənzərəni lentə alan da, bu özbaşınalığın canlı hədəfi də Xaçmaz Su Melorasiya Sistemləri İdarəsinin müdirinin müavini Teyyub Sultanov tərəfindən istismara məruz qalan çilingər Nəsirov Rəhman Rəhim oğludur.
Belələri vəzifəyə xidmət üçün yox, hökmranlıq üçün gətirilir. Ona görə də bu videolara adi hadisə kimi baxmaq yox, susdurulmuş ədalətin hayqırtısı kimi qiymət vermək lazımdır.
Adrdı "DogruXeber.tv" informasiya agentliyində olacaq..."
Videonu izləmək üçün mavi yazıya toxunun: https://www.facebook.com/share/v/1RZgztX5oW/


