gundem / siyaset / dunya
20.11.2025, 09:30
Suriya və Ermənistan XİN rəhbərləri Bakı-İrəvan sülh prosesini müzakirə etdilər
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Suriya xarici işlər naziri Əsəd əş-Şibani telefonla Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.
"DogruXeber.tv" "Sputnik"ə istinadən xəbər verir ki, Suriya xarici işlər naziri avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar nəticəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması münasibətilə erməni həmkarını təbrik edib.
XİN rəhbərləri sülhün ardıcıl şəkildə möhkəmləndirilməsi üçün atılan addımlar barədə fikir mübadiləsi aparıblar.

