"MedAura"da komaya düşən qıza həkim baxmır - İddia

DogruXeber.tv: - Artıq bir neçə gündür ki, sosial şəbəkədə burun əməliyyatından sonra komaya düşən 34 yaşlı Nigar Budaqlı adlı xanımın görüntüləri müzakirələrə səbəb olub. Qızın ailəsi onun "MedAura" klinikasında əməmliyyat olunan zaman, həkim ehtiyatsızlığı ucbatından komaya düşdüyünü bildirib.

Nigarın bacısı İlahə Budaqova Axşam.az-a açıqlamasında bacısının durumundan danışıb. O, lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirləndirib:

"Bacım burun əməliyyatı olunmuşdu, sonra nəfəs almasında problem yarandı. Həkim dedi ki, get, bir neçə ay keçsin gələrsən. Bir neçə ay sonra - aprelin 30-da ikinci dəfə əməliyyata girib. Narkozu verəndə bacım komaya düşüb. Heç əməliyyat etməyiblər, kliniki ölüm vəziyyətinə düşüb. Orada nə baş verib bilmirik. Xəstəxana bir müddət bizə heç nə demədi. Sonra görüblər ki, vəziyyət pisdir bizi çağırdılar. Getdik ki, bacım qalıb ortada, xəstəxanada reanimasiya şöbəsi yoxdur. Təcili yardımlar gəldi, heç bir klinika bacımı qəbul etmirdi. Yalvarıb onu bir klinikaya yerləşdirdik. 2 ay orada qaldı, amma yenə buraxdılar. Evimizi satdıq, gəlib Bakıda kirayədə qalırıq. Pulumuz həkimlərə getdi. Nə qədər tibb bacısına borcumuz var. Həkimlər deyir ki, sağalması uzun müddət tələb edir. Həm pul, həm yaxşı həkimlər lazımdır".

İlahə Budaqova bildirib ki, bacısını o günə salan Yaqub Əsədi və Cəmilə Əliyeva heç onunla maraqlanmır:

"Heç maraqlanmırlar ki, necə olub. Yaqub Əsədi atır narkoz həkimi Cəmilənin üstünə. Cəmilə deyir prokuror qızıyam, kimsə mənə bir şey edə bilməz. Vəkil tutmuşuk, hər yerə şikayət etmişik. Amma məsləyə baxan yoxdur".

Ailə deyir ki, ekspert rəyində həkimlərin təqsirli olduğu sübutunu tapıb. Amma klinika, əməliyyatı icra edən həkim və anestezoloq dəymiş ziyanı üzərinə götürmür.

Məsələ ilə bağlı Yaqub Əsədi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib. Sosial şəbəkədəki profilində isə o, işinin başında olduğunu, əməliyyatlar icra etdiyi görüntüləri yayımlayır.

Qeyd edək ki, "MedAura" klinikasındakı ölüm halları və uğursuz əməliyyatlarla bağlı mediada dəfələrlə şikayətlər yayımlanıb. 2019-cu ildə 1982-ci il təvəllüdlü Pərvanə Ağazadə adlı xanım da anesteziya edildikdən sonra ölüb.

2024-cü ildə isə Lətafət Məmmədova adlı xanım klinikada yalnış əməliyyat edildiyi ilə bağlı açıqlama vermişdi. Burunda çəpər əyriliyi əməliyyatı olunan qadın, ikinci dəfə həkimə müraciət edib. Problem aradan qalxması əvəzinə, o, daha böyük problemlərlə üzləşib. 2024-cü ildə daha bir pasiyent klinikanın baş həkimi Nigar Məhəmmədova tərəfindən burun əməliyyatı olunduğunu və uğursuz alındığını deyib. Nəticədə onun burnu atrofiya olub, toxumada nekrotik hal yaşanıb və əyilib. İkinci əməliyyatı Yaqub Əsədi tərəfindən edilib. Lakin bu da uğursuz olub. O, üçüncü dəfə başqa klinikada əməliyyata girib.

Bir neçə ay əvvəl isə Fərizə Hacıyeva adlı xanım sözügedən klinika bədənşəkilləndirmə əməliyyatı etdirdiyini və bədəninin çürüdüyünü açıqlayıb. Onu da Nigar Məhəmmədova əməliyyat edib.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər