Məhkəmə Nəzrin Mansurlunun ölümünə görə həbs edilən həkimlə bağlı qəbul verdi

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

"dogruxeber.tv” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Sənan Mehdiyev barəsində Nəsimi rayon Məhkəməsinin qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.//Report

Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər