Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

"dogruxeber.tv" Xalq-a istinadən xəbər verir ki, bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib.“Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb”, – pasientin bacısı bildirib.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

“Mərcan” klinikasından bildirildi ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

Qeyd edək ki, burun çəpərinə görə “Mərcan Medicare” klinikasında Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib. Doğrudur Sənan Mehdiyev məsuliyyətə cəlb olunub.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

Lakin daha öncə də bu klinikada 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızı əməliyyatdan sonra vəfat edib.

Daha nə qədər xəstə ölməlidir ki, “Mərcan Medicare” klinikası fəaliyyətində dönüş yaratsın?

“Mərcan” klinikasının kimə məxsudur ?

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

Bəzi mənbələr klinika keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumat təkzib olunmayıb.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma

Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.

Ümumiyyətlə, qarın gərmə və bədən şəkilləndirmə əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir deyə Səhiyyə Nazirliyində əhaliyə çağırış olunub.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Oxunub: 483

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər