Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Üç ay əvvəl “Mərcan” klinikasında abdominoplastika və liposaksiya əməliyyatı olunan pasiyent ölüb.

Hadisədən sonra klinikanın cərrahi əməliyyat aparmaq hüququ dayandırılıb, əməliyyatı həyata keçirən həkim isə inzibati qaydada cərimələnib.

"dogruxeber.tv" Xəzər TV-yə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan qadının ölümündən sonra aparılan yoxlamalar zamanı ümumi cərrah Nigar Məhəmmədovanın sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi məlum olub.

Lakin son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə onun paytaxtdakı özəl klinikalardan birində yenidən abdominoplastika və liposaksiya əməliyyatları icra etdiyi əksini tapıb.

Məsələ ilə bağlı Nigar Məhəmmədova açıqlama verib:

“Aidiyyəti qurumlar mənim fəaliyyətimə qadağa qoysa, qanun qarşısında boynum incədir. 25 ildir düzgün işləyirəm. Qadağa qoyularsa, baş üstə! Mənə saxta cərrah deyirlər. Halbuki Tibb Universitetini qırmızı diplomla bitirmişəm. Psixoloji əziyyət çəkirəm, əməliyyatlara girmirəm”.

Səhiyyə Nazirliyindən bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. Analitik Ekspertiza Mərkəzi də əvvəlki yoxlamalar zamanı onun müvafiq sertifikasiyadan keçmədiyini təsdiqləyib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə barəsində protokol tərtib olunub.

Baş Prokurorluq isə açıqlamasında qeyd edib ki, 11 iyun tarixində “Mərcan” klinikasında aparılan əməliyyat nəticəsində 37 yaşlı Arzu Sadıqovanın ölümü ilə bağlı araşdırmalar davam edir. İctimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər