hadise
20.05.2020
Nurməhəmmədov yenidən komaya düşdü

UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.
dogruxeber.tv BiG.AZ-a istinadən xəbər verir ki, mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub.
A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın əvvəlində isə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Məşqçinin bir həftəyə qədər komada qaldığı iddia edilirdi.


