Dostcanlı sədrlə "Coca-Cola" satmaqdan qurtuldu - "Qudalıq Zümrəsi"nə ucaldılar / ADSEA-da "Biz bir ailəyik" siyasəti

DogruXeber.tv: - 32gun.az olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov barədə mətbuatda və digər internet resurslarında gedən məlumatları araşdırdıq. Qarşımıza çıxan mənzərə heç də ürək açan deyil. Eyni ilə rəhbəri olduğu qurumun şikayətçilər tərəfindən sosial şəbəkələrdə, telekanallarda və mətbuatda vətəndaşlar tərəfindən şiddətli tənqidə məruz qalması kimi... Milyonluq tender müqavilələri, ucu-bucağı görünməz xərclər və su kimi axan pullar...
Diqqətçəkən tenderlər
2024-cü ilin oktyabrında Zaur Mikayılovla Milli Məclisin deputatı Xanlar Fətiyev arasında 746 min manatlıq sövdələşmə baş verib. “SEDAM” MMC ADSEA-nın Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üçün tender keçirərək “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən aqreqat alıb. Araşdırmalar göstərir ki, bu zavodun faktiki sahibi Xanlar Fətiyevdir.

ADSEA-nın tabeliyindəki digər satınalmalar da diqqət çəkir:

2025-ci ilin iyulunda Regional Su Meliorasiya Xidməti Gülməmmədova Vüsalə ilə 109 477,44 manatlıq ofis icarəsi müqaviləsi bağlayıb. Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.

Avqust ayında ADSEA “Embawood” şirkəti ilə 219 935,48 manatlıq mebel və inventar alışı üzrə müqavilə bağlayıb. Şirkətin pay sahiblərindən biri deputat Məşhur Məmmədovdur.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayında 41 tender keçirib. Bu tenderlərin bir çoxunda qalib şirkətlər barədə açıq məlumat yoxdur və bu, tenderlərin şəffaflığına şübhə doğurur. Məsələn:

“İnterkabel” Firması 467 048,72 manatlıq elektrik kabelləri satınalması üzrə tenderin qalibi olub. Şirkətin fəaliyyəti barədə məhdud məlumat var.

“Az-Tex-İmport” MMC 540 000 manatlıq kabel sınaq və diaqnostika avadanlıqları alışı üzrə qalib seçilib.

“B2B” MMC isə 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir, qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur və şirkətin keçmiş məmurlara aid olduğu iddia edilib.

Dostcanlı sədrlə "Coca-Cola" satmaqdan qurtuldu - "Qudalıq Zümrəsi"nə ucaldılar / ADSEA-da "Biz bir ailəyik" siyasəti

Kadr siyasəti və qudalıq əlaqələri

Zaur Mikayılovun rəhbərliyi altında ADSEA və tabeliyindəki qurumlarda kütləvi ixtisarlar aparılıb. 2024-cü ilin iyulunda yayılan məlumatlara görə, təxminən 400 işçi işdən çıxarılıb. İşçilər işə bərpa tələbi ilə məhkəməyə müraciət ediblər.

Dostcanlı sədrlə "Coca-Cola" satmaqdan qurtuldu - "Qudalıq Zümrəsi"nə ucaldılar / ADSEA-da "Biz bir ailəyik" siyasəti

32gun.az xatırladır ki, Zaur Mikayılov həm də əsl dost, qayğıkeş quda və "qohumbaz" ailə başçısıdır.

Dostcanlı...

Vəzifəyə təyin edildikdən sonra Türkiyənin Boğaziçi Universitetində birlikdə oxuduğu dostu Əsəd Şirinovu müşavir vəzifəsinə gətirib. Sonradan bu dostluq iş yoldaşlığına, sonra isə "qudalıq zümrəsi"nə ucalırlar. Əlbəttə, onun bu dostcanlı əməli bizə sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun Çakrobortinin "Disko rəqqası” filmində canlandırdığı Cimmi obrazını xatırlatdı. Necə ki, rəqsləri ilə məşhurlaşıb varlanan Cimmi köhnə məhəlləsinə qayıdarkən dostları ilə rastlaşır, onlara pul paylayırdı… Eyni ilə onun kimi.

Qohumbazlıq

Əlbəttə, bir qudanı vəzifəyə təyin edib digərini vəzifəsiz qoymaq olmaz. Təbii ki, qohumluq əlaqəsindən digər qudası Fuad Quliyev də yararlanıb. Eyni vaxtlarda Fuad Quliyev qurumda Aparat rəhbəri təyin edilib.

ADSEA-da yüksək vəzifələrə quda və yaxın qohumların təyinatı, həmçinin ixtisar siyasəti cəmiyyətdə narazılıq doğurub.

İctimai iştirakçılıq və qanun pozuntusu
2014-cü ildə qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanuna görə, mərkəzi icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılmalıdır. Lakin ADSEA yanında belə bir qurum mövcud deyil. Bu, vətəndaş iştirakçılığı və qurumun fəaliyyətinə ictimai nəzarətin təmin edilməməsi kimi qiymətləndirilir.

Su problemi və vətəndaş narazılığı
2025-ci ilin yayında Bakının bir sıra ərazilərində, xüsusən Yeni Günəşli, Qaraçuxur və Bakıxanovda su təchizatında ciddi fasilələr müşahidə edilib. Sosial şəbəkələrdə və mediada bununla bağlı çoxsaylı şikayətlər yayımlanıb. ADSEA rəhbərliyi isə vəziyyətlə bağlı açıqlama vermir.

ADSEA-da aparılan tenderlər, kadr siyasəti və qanunvericiliyin pozulması barədə məlumatlar qurumda şəffaflıq və hesabatlılığın ciddi problemlərlə üzləşdiyini göstərir. Vətəndaşların maraqlarının qorunması və ictimai nəzarətin təmin olunması üçün əlavə tədbirlər zəruridir.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər